Xəbər lenti
Əlibaba Məmmədovun qəbirüstü abidəsinin eskizi geri qaytarıldı

Ötən il fevralın 25-də vəfat edən görkəmli muğam ustadı, Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi hələ də qoyulmayıb.
Manevr.az xəbər verir ki, məsələ ilə əlaqədar sənətkarın qızı Rəqsanə Məmmədli APA-ya bildirib ki, qəbirüstü abidənin təqdim edilən eskizi ilə razı olmayıblar.
“Biz eskizi bəyənmədik. Onu hazırlayan adam indi ikinci eskiz üzərində işləyir”, - muğam ustadının qızı deyib.
Rəqsanə Məmmədli əvvəlki eskiz layihəsində müəyyən səhvlərin olduğunu diqqətə çatdırıb: “Atamın adını SSRİ Xalq artisti kimi yazmışdılar”.
O, yeni eskiz layihəsi üzərində işin nə zaman yekunlaşacağını bilmədiyini vurğulayıb: “Hazır olsun, təqdim etsinlər, yenə bir əskiklik olmasa, işə başlayacaqlar”.
Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 2022-ci ilin 25 fevralında vəfat edib. O, ölkə mədəniyyətinə xidmətlərinə görə, “Şöhrət”, “İstiqlal” və “Şöhrət” ordenlərinə layiq görülüb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar