Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Avropa Məhkəməsinin Azərbaycan cərimələri

Tarix: 11-05-2023 19:17     Baxış: 4329 A- / A+

Mayın 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə qərardadlar elan edib.
Manevr.az Aihmaz.org-a istinadla xəbər verir ki, Fatma Əsgərovanın şikayətində Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş mülkiyyət hüququnun pozulduğu iddia olunub. Ərizəyə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşın əmlakını özgəninkiləşdirib, ona təzminat ödəməyib, yerli məhkəmələrdə çəkişmələr nəticəsiz qalıb.
Dövlətlə anlaşmaya görə, Fatma Əsgərova 9790 avro təzminat almalıdır.
5 ərizəçi məhkəməyə qədər həbsdə əsassız saxlandıqlarını iddia ediblər. Qərardada görə, dövlət dörd ərizəçinin hər birinə 3500 avro, bir ərizəçiyə 6800 avro təzminat ödəməlidir.
Yaşar Hacıyev və Firudin Zeynalov azadlıq və toxunulmazlıq hüququnun pozuntusu məsələsini qaldırıblar, məhkəməyə qədər həbsdə saxlanmalarının əsassız olduğunu iddia ediblər.
Qərardada görə, dövlət Yaşar Hacıyevə 4400 avro, Firudin Zeynalova 4700 avro təzminat ödəməlidir.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar