Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirliklə keçmiş işçisi arasında qalmaqal - Nə baş verir?

Tarix: 11-05-2023 08:21     Baxış: 3281 A- / A+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə qurumun keçmiş işçisi arasında məhkəmə çəkişməsi gedir.

ƏƏSMN-in tabeliyində fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyinin keçmiş işçisi Şeyx-Zadə Afət Vilayət qızı işdən çıxarılmasını əsassız hesab edərək nazirliyi məhkəməyə verib.

Afət Şeyx-Zadə Sahil Babayev nazir təyin olunandan sonra işdən çıxarılıb. Birinci instansiya məhkəməsinin qərarı onu qane etmədiyinə görə apellyasiya şikayəti verib.

Şikayət artıq icraata götürülüb. İşə Bakı Apellyasiya Məhkəməsində Şərafət Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

Araşdırmalrımız zamanı məlum olub ki, bundan əvvəl də Afət Şeyx-Zadə ilə nazirlik arasında məhkəmə çəkişməsi olub. İddia olunur ki, ƏƏSMN onun əlillik dərəcəsini ləğv edib. Bildirilir ki, Afət Şeyx-Zadə ikinci qrup əlil olub. Nazirlik isə onun ikinci qrup əlillik dərəcəsini üçüncü qrupla əvəz edib. Afət Şeyx-Zadə məhkəmə yolu ilə əlillik dərəcəsinin bərpa etdirə bilib.

Bundan başqa, Afət Şeyx-Zadə nazirlikdə xəsarət alıb. Bu barədə o, "Twitter” hesabında qeyd edib: "Mənim əmək nazirliyində aldığım xəsarəti niyə gizlətdiniz? Prokurorluq təsdiqləməsəydi, yenə təhqiqatdan boyun qaçırardınız. Özünüz qanun pozuntusuna yol verirsiniz”.

Afət Şeyx-Zadənin nazirlikdə hansı şəraitdə xəsarət alması, ümumiyyətlə, bu olayın detalları haqqında bilgi yoxdur.

O məlumdur ki, ƏƏSMN-nin keçmiş işçisi ilə nazirlik arasında ciddi problem var. qaynarinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar