Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Laçında dağ yamacına 8900 metr uzunluğunda su xətti çəkildi

Tarix: 10-05-2023 17:50     Baxış: 3228 A- / A+


Ümummilli Lider H. Əliyevin 100 illik yubileyi işğaldan azad olunmuş Laçın şəhərində mayın 10-da tarixi əhəmiyyətli hadisə ilə qeyd olundu. Laçın rayonunun Sarıbaba dağ silsiləsində, dəniz səviyyəsindən 1840 metr yüksəklikdəki Xırmanlar kəndi ərazisindən Laçın şəhərinin dağ yamacına 8900 metrlik su xətti çəkildi. Təbii bulaq suyu 300 metr yüksəklik fərqi ilə heç bir nasos basıncı olmadan öz axarı ilə şəhərə gətirilib. Su xəttinin çəkilişində 20 min kubmetrdən çox torpaq işləri görülüb. Müasir suvarma sistemi dağətəyi ərazidə və dağ yamacındakı geniş yaşıllıqları yayın quraqlığından xilas edəcək.
Manevr.az xəbər verir ki, mayın 10-da Laçın şəhərinin Kəlbəcər, Şuşa, Qubadlı istiqamətlərindən üç girişində Bakı Abadlıq Xidməti, DİN Laçın Polis şöbəsinin rəhbərliyinin və doğma şəhərin abadlaşması üçün çalışan laçınlıların iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
Erməni vandalizmi nəticəsində məhv edilmiş qədim ağacların kötükləri yanında salınan yaşıllıq zolaqları tarix üçün ibrətamiz mənzərədir. Böyük dağıntılardan sonra yenidən qurulmuş evlərin həyətində əkilən meyvə ağacları bu abad şəhərdə məskən salan yeni nəsillərlə birlikdə böyüyüb bar verəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar