Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Hacı Şahinin tələbəsi də “Məşədi Dadaş”ın imamı ola bilər

Tarix: 10-05-2023 13:46     Baxış: 4227 A- / A+
“Hesab edirik ki, Məşədi Dadaş məscidində, ola bilsin, bir neçə imam təyin olunsun”.
 
Manevr.az
xəbər verir ki, bunu apa-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
 
O bildirib ki, Məşədi Dadaş məscidinə imam təyinatı həyata keçirilərkən qanunun tələblərinə əməl edilib.
 
“Orada Məşədi Dadaş icmasının üzvləri ilə görüş keçirmişik, eyni zamanda, rəhmətlik Hacı Şahinə köməklik edənləri də dəvət etmişik, görüşüb söhbətlər aparmışıq. Məşədi Dadaş məscidinə təyin olunan imam da ali təhsilli, tanınmış, eyni zamanda, yeni cameədə nüfuzu olan şəxslərdəndir. 10 ilə qədər Bakı İslam Universitetində müəllim işləmiş, həmçinin bir neçə məsciddə imamlığı yerinə yetirmiş tanınmış din xadimimizdir. Bu seçim də köçürmə yolu ilə olub. Qanuna görə, dini ayinləri icra edən imam mütləq imtahandan keçməlidir. Əli Şərbətov də həm imtahandan keçib, həm uzun müddətlik imamlıq təcrübəsi var. Əli Şərbətova qədər imamlıq vəzifəsini icra edən şəxs də imtahan verəcək və müsahibədən keçə bilsə, təyin olunacaq. Hesab edirik ki, Məşədi Dadaş məscidində ola bilsin bir neçə imam təyin olunsun. Qadın dini ayin icraçısı da ali təhsilidir və o da bu günlərdə fəaliyyətini davam etdirəcək”, - deyə o qeyd edib.
 
Qeyd edək ki, Hacının vəfatından sonra məsciddə dini ayinləri İlahiyyat İnstitutunun, eyni zamanda Hacı Şahinin tələbəsi Elmir Vəliyev icra edirdi. Daha sonra ora Əli Şərbətov təyin edildi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar