Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Dəb düşüb, ər evdə arvadının videosunu çəkir...” - Qalmaqallı AÇIQLAMA

Tarix: 09-05-2023 13:19     Baxış: 4160 A- / A+

Son zamanlar kişilərin onlara xəyanət edən xanımlarının videosunu çəkərək yayması halları artıb. 
Bəzən hansısa qadın ərinə xəyanət edir, həyat yoldaçı da bunu  böyük qəhrəmanlıqmış kimi çəkib yayır. 
Bəs insanlar bunu niyə edirlər? Bunun altında hansı psixoloji səbəblər yatır?
Manevr.az bildirir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan tanınmış psixoloq Aytən Ələkbərova bildirib ki, insanlarda davamlı şübhə hissi olur ki, bu da nevrozun əlamətidir:
“İndi dəb düşüb, ər evdə arvadının videosunu çəkir, arvad ərini çəkir. Biz sosial verilişlərdə ekspert oluruq, orada nələr görürük. İnsanlar evin içində bir-birinə nəyisə sübut etmək naminə evdə gəlin qayınananı, qayınana gəlini çəkir. Sonra da ailə münaqişəsini ictimailəşdirirlər. Bu gün ailə içərisində etibarsızlıq var. Bunun da altında psixoloji səbəblər yatır. Şübhənin özü belə sayrışan nevrozdur. Həmin şəxslər düşünür ki, belə bir hadisə baş verə bilər və özlərini qorumaqdan ötrü ər-arvad arasında olan xırda münaqişə zamanı da səsyazmalar qeydə alınır”. 
Psixoloq ekspert kimi çıxış etdiyi sosial verilişlərdə belə hallarla tez-tez qarşılaşdığını qeyd edib: 
“Mən bunu ekspert olduğum efirlərdə də görürəm. Efirə gələnlər arasında öz ərinin, arvadının hətta övladının səsini yazdıranlar var ki, baxın məni necə döyür, necə təhqir edir. Bunun əsas səbəblərindən biri nevrozun olmasıdır. İkinci səbəb sonradan aliment verməmək üçün hər hansı bəhanənin olmamasıdır. Yaxud tərəflər arasında inamsızlıq, güvənsizlikdir. Son səbəb isə sevgi və hörmətin olmamasıdır”. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar