Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nazilə Səfərli öldürülən həkimlə bağlı ilginc faktları AÇIQLADI

Tarix: 08-05-2023 09:10     Baxış: 4228 A- / A+

Sənətçi Nazilə Səfərli ötən gün qətlə yetirilən tanınmış həkim Türkanə Gündüzlə bağlı ilginc faktlar açıqlayıb.
Manevr.az bildirir ki, sənətçi "İnstagram" sosial şəbəkəsində paylaşdığı videoda bildirib: "Onunla kitabının təqdimatında tanış olmuşdum. Təqdimat mənə həvalə olunmuşdu. Bununla bağlı danışığa gedəndə gördüm ki, Türkanə həkim iki qızı və həyat yoldaşı ilə gəlib. Bu mənə qəribə gəlmişdi ki, danışığa niyə belə külfətlə gəlib. Sonradan başa düşdüm ki, əri bunu qaraba-qara, addım-addım izləyir. Təqdimatda da bunu müşahidə etdim. Əri heç bir əsası olmadan, "takıntılı" olaraq qısqanırdı".

Nazilə Səfərli zamanında mərhumun anası tərəfindən zorla ərə verildiyini deyib: "Əri bilirsiniz nəyi qəbul edə bilmirdi? Türkan ərə gedəndə savadsız olub, daha sonra yüksəlib. Anası çox erkən yaşda onu zorla ərə verib, kişi çox imkanlı olduğu üçün".
Sənətçi qeyd edib ki, hadisə baş verməzdən əvvəl cütlük boşanma ərəfəsində olub: "Türkanın əri ya evin xadiməsi, ya da uşağın dayəsi ilə eyş-işrət yaşayıb. Türkan bundan xəbər tutub və boşanmağa gedib. Lakin anası israrla onu barışdırıb və Türkan barışıb, nəticədə bu hadisə baş verib.
İnşallah ki, onu qətlə yetirən əri çox ağır cəza çəkər. Onu zorla ərə verib, sonra da zorla barışdırıb, ölümünə səbəb olan anası isə indi qızının qara baş daşını qucaqlayar".
Xatırladaq ki, tanınmış plastik cərrah Türkanə Gündüz mayın 7-də əri, Türkiyə vətəndaşı Məhəmməd Gündüz tərəfindən aralarında yaranmış mübahisə zamanı qətlə yetirilib.musavat.com

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar