Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

7 gündür morqda qalan Siyavuş Aslanın oğlunun meyitinə sahib çıxan TAPILDI

Tarix: 06-05-2023 12:32     Baxış: 4251 A- / A+

Xalq artistinin mərhum oğlunun nəşinə sahib çıxan və dəfn etmək istəyən könüllü tapılıb.
Manevr.az xəbər verir ki, Türkan İctimai Baxışa Nəzarət Təşkilatının mətbuat katibi Vüqar Əmirov Çingiz Aslanovu müsəlman adəti və üsulu ilə dəfn etmək istədiyini bildirib.

"Türkan bələdiyyə sədri Böyükağa Əliyevə də müraciət etdim. O, da təşəbbüsümü bəyəndi və dəstək göstərəcəyini qeyd etdi. Mən Xalq artisinin oğlunun kimsəsizlər qəbirstanlığında dəfn edilməsini istəmirəm. Onun atası illərini və ömrünü bu xalq üçün fəda edib. Siyavuş Aslan xalqın adını daşıyır. Biz də xalqın övladıyıq. Lazım olarsa Hacı Ağa Abdullayevin yanında və ya istənilən yerdə onu dəfn etməyə hazıram. Narkoman, alkaş, yaxud tufeyli olsa da, o, bir insandır və haqq dünyasındadır.
Mən ona sahib dururam və gücüm çatan qədər nə lazımdırsa etməyə hazıram. Siyavuş Aslan sağ olarkən onun ətrafında olan insanlar qaçıb gizlənib. Çingiz Aslanov hər kim olsa da, bu gün Xalq artistinin adın daşıyır. Hesab edirəm ki, xalq olaraq onu müsəlman adət-ənənəsinə uyğun olaraq dəfn etmək lazımdır", - deyə Vüqar Əmirov bildirib.

Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi keçirirdi. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi./bizim.media

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar