Xəbər lenti
O video Bakıda necə çəkilib? - DTX qadınları saxladı
Dövlət Təhlükəsizliyi Xidməti uğurlu əməliyyat keçirib. Budəfəki əməliyyatla Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı təxribat və onun iştirakçıları ifşa edilb.
Manevr.az xəzərxəbər-ə istinadən xəbər verir ki, teleqram kanallarında yayılan videolarla "Xaytarak” radikal qruplaşması Azərbaycanda sanki nümayəndələrinin olması görüntüsünü yaradaraq Bakıda insanlar arasında təşviş yaratmaq istəyib.
Şəhidlər xiyabanında ermənilərə məxsus "Xaytarak” və "Erməni Ari dövləti” radikal quruplaşmasının emblemlərinin mobil telefonda əks olunmuş fotoşəklinin videoçəkilişləri aparılıb.
Görüntülərdən aydın görünür ki, çəkiliş edən şəxs qadındır.
Həmin kadrlar sosial şəbəkələrdə yayılan kimi Dövlət Təhlükəsizliyi Xidməti dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Bu zaman hər bir detal diqqətlə yoxlanılıb.
Əvvəlcə xüsusi əməliyyatla həmin videoları çəkən Rusiya əsilli, İtalya vətəndaşı olan Yana Gutselyuk saxlanıb. Araşdırmalarla məlum olub ki, Yana həyat yoldaşının işi ilə bağlı uşaqları ilə birlikdə Bakıya gəlib. O, burada olarkən teleqramda turizm yönümlü səhifələrə üzv olaraq əsasən gəzməli-görməli yerlərlə maraqlanıb. Bu zaman qadından əslən azərbaycanlı olduğunu və Rusiyada yaşayan "Baku Siti” restoranının sahibi kimi təqdim edən şəxs kömək istəyib. Bunun müqabilində pul ödəyəcəyini də bildirib.
Digər şəxs Elena Lariontseva isə ifadəsində bildirib ki, Azərbaycanda turizim sektorunda işlədiyi üçün sosial şəbəkə qruplarında Rusiyadan yeni gələnlərə köməklik edib. Ona Rusiyada olduğunu bildirən bir nəfər tanımadığı şəxs teleqram sosial şəbəkəsində yazıb ki, Şəhidlər xiyabanından foto və video çəkib göndərsin. Elena da Bakıda olan rəfiqəsi Lalə Bəhrəmovadan bu işdə ona kömək etməsini xahiş edib. Onlar birlikdə Şəhidlər xiyabanına gedərək tanımadıqları şəxslərin istəklərini yerinə yetiriblər.
Sonra həmin adam Elena Lariontsevaya bildirib ki, "mən azərbaycanlıyam və mənə inan”.
"Mən ona ən çox niyə inandığımı bilirsiz? Rus dilində səlis yazırdı. Ermənilər heç vaxt belə yaza bilmirlər”,- deyə qadın bildirib.
Elena Lariontseva ilə Şəhidlər xiyabanında "Xaytarak” radikal quruplaşmasının embleminin fonunda şəkil və video çəkən əslən azərbaycanlı və Rusiyada yaşayan Lalə Bəhrəmova da saxlanaraq ifadəsi alınıb. Lalə bildirib ki, atası azərbaycanlı, anası isə rus olub. 1995-ci ildə valideynləri ayrılarkən Lalə anası ilə Rusiyaya köçüb və orada yaşayıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış araşdırmalarla "Xaytarak” radikal qruplaşmanın teleqram kanalının təsisçi və inzibatçıları da müəyyən edilib. Məlum olub ki, onlar Rusiyanın müxtəlif yerlərində yaşayan Qurqen Torosyan, Sarkis Arutyunan, İqor Akopdjanyan və Artur Martirosyandır. DTX əhali arasında təşviş yaratmaq, vahimə salmaq kimi hallara qarşı bundan sonra da qətiyətli mübarizəsini davam etdirəcək. İnsanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar