Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mübariz Qurbanlının oğlu məhkəməyə verildi

Tarix: 04-05-2023 18:26     Baxış: 3208 A- / A+

Mübariz Qurbanlının oğlu məhkəməyə verildi



"Azəri-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) "SIMTODAY” MMC və "Ulduz Taksi” MMC-ni məhkəməyə verib. 
 
Manevr.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bank eyni zamanda Qurbanlı Mustafa Mübariz oğlu adlı şəxs barəsində iddia qaldırıb. Məhkəmə çəkişməsinin səbəbi kredit müqaviləsi üzrə mübahisələrdir. 
 
Bankın iddiasına Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə baxılacaq. 
 
"SIMTODAY” MMC 24 iyun 2015-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Dadaşov Ramin Rəşid oğludur. 
 
"Ulduz Taksi” MMC 17 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 AZN-dir. Şirkətin qanuni təmsilçisi Abdullayev Kamran Rəfail oğludur. 
 
Qurbanlı Mustafa Mübariz oğluna gəlincə, o, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının kiçik oğludur. 
 
"Azəri-Türk Bank” ASC-nin "SIMTODAY” və "Ulduz Taksi” şirkətləri ilə yanaşı Mustafa Qurbanlını da məhkəməyə verməsi diqqət çəkir. Belə qənaət formalaşır ki, onun bu şirkətlərlə hansısa bağlılığı var. Lakin buna dair açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.  

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar