Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Elə ki 3 daş qoyulur, hərə bir qara qovluqla gəlir - Deputat

Tarix: 04-05-2023 14:03     Baxış: 4325 A- / A+


Tikintiyə icazələrin verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri artırılmalıdır.
Manevr.az Trend-ə istinadən bildirir ki, bunu deputat Rüfət Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
"Əsasən Bakının qəsəbələrində və regionlarda bu hal müşahidə edilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti üçün icazəni verir, elə ki 3 daş qoyulur, bir də görürsən tökülüşdülər, hərə bir qara qovluqla gəlir, deyir ki, bunun sənədini göstər. Sənəd göstərilir, deyirlər ki, yox e filan yerdən də icazə al. Qanun deyir ki, 12 metrə qədər olan tikintilərdə heç bir sual olmamalıdır. Amma yenə də gəlirlər, bu onun boynuna atır, o bunun boynuna atır. Bütün belə problemləri öz üzərinə götürmək üçün Dövlət Arxitektura və Şəhərsalma Komitəsində səlahiyyətlər olmalıdır", - deyə deputat əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar