Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Milli Qəhrəmanın xatirəsi qardaşının belə ANILDI

Tarix: 03-05-2023 23:01     Baxış: 3246 A- / A+
Qusarda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun qardaşı Beydulla Qurbanovun toy mərasimi keçirilib.

Bu barədə  toyda iştirak edən Qusar mədəniyyət mərkəzinin əməkdaşı Firuz Qayıtmazov məlumat verib. 

Müsahib deyir ki, bəylə gəlin toydan əvvəl Qusar Şəhidlər Xiyabanına gəliblər. Burada Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun və Qarabağ münaqişəsində həyatını itirmiş şəhidlərin məzarlarını ziyarət edən cütlük sonra dahi şəxsiyyət Heydər Əliyevin Qusar şəhərindəki abidəsinə baş çəkməyi də özlərinə borc biliblər. 

Milli Qəhrəmanın qardaşının toy mərasimi Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayıb. Çingiz Qurbanovun, cəmi şəhidlərin və Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Toy şənliyində Milli Qəhrəmanın yaxınları, müxtəlif bölgələrdən və paytaxtdan gəlmiş qonaqlar, keçmiş döyüşçülər Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və qurum rəsmiləri, ictimaiyyət nümayəndələri, Qusar sakinləri iştirak edib. 

Qusarlı Şuşa fatehi, Şuşaya ilk Azərbaycan bayrağını sancan Rəşad Aslanov da yeni ailə quran gənclərə öz səmimi arzularını çatdırıb. Salman Qurbanov oğlunun şad gününə yığışan hər kəsə razılığını bildirərək Çingizin atası olmaqdan qürur duyduğunu dilə gətirib. 

Qeyd edib ki, vətənə öz canını fəda edən Çingizin itkisi ağır olsa da onun düşmənə qan udduraraq təslim olmaması, düşmənin bir neçə canlı qüvvəsini məhv etməsi bizim ailə üçün fəxrdir. bizim.media

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar