Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Yeni rəhbərlik məni təhqir edir, deyirlər, get həyətdə otur” - Şöbə müdiri

Tarix: 03-05-2023 14:08     Baxış: 4200 A- / A+




"2009-cu ildən Elmi-Tədqiqat Pediatriya İnstitutunda işləyirəm. Bu ilin mart ayından xəstəxanada rəhbərlik dəyişib. Yeni rəhbərlik işə başlayandan məni sıxışdırır, təhqir edir, işdən çıxarmaq istəyirlər".
Manevr.az bildirir ki, bu iddia ilə "Qafqazinfo"ya "OMD" adı ilə tanınan tibb müəssisəsinin xəstə qəbulu şöbəsinin müdiri Səriyyə Quliyeva müraciət edib. 
O şikayət edir ki, artıq əyləşdiyi otaqdan məcburi şəkildə çıxarılıb: "Bu il martın 1-də Elmi-Tədqiqat Pediatriya İnstitutuna Lətif Zeyniyev direktor, Aynur Poluxova isə baş həkim təyin olunub. Həmin tarixdən 10 gün sonra bütün vəzifə səlahiyyətlərim əlimdən alınıb. Yeni rəhbərlik dəfələrlə məni otağına çağıraraq təhqir edib, öz ərizəmlə işdən çıxmağımı tələb ediblər. 
Problemlə bağlı Səhiyyə Nazirliyinə və Əmək Müfəttişliyinə şikayət etdikdən sonra isə məni daha çox sıxışdırıb təhqir ediblər. Hətta bununla bağlı iclas təşkil olunub və bir neçə şöbə müdiri ilə birləşərək məni şərləyib işdən çıxmağıma məcbur edirlər. Əslində mənim əmək müqaviləm müddətsizdir. Buna baxmayaraq, vəzifəmin ixtisara düşdüyünü deyirlər. Artıq əyləşdiyim otaqdan da çıxarılmışam, deyirlər ki, get həyətdə otur, səninlə işləmək istəmirik".
S. Quliyeva deyir ki, onunla yanaşı daha 30 nəfər işdən çıxarılır: "Xəstəxananın yeni Kadrlar şöbəsinə direktor təyin olunan Vəfa Məmmədovaya dəfələrlə vəzifə səlahiyyətlərinin aşılması ilə bağlı yazılı müraciət etsəm də, nəzərə almayıb. O, mənə izahat yazdırmadan, heç bir təqdimat olmadan töhmət yazıb, L. Zeyniyev və baş həkim də təsdiq edib. Azyaşlı uşağım epilepsiya xəstəsidir, onun müalicəsi üçün poliklinikadan bülleten açdırmışdım, qanunsuz olaraq poliklinikaya zəng edib onu bağladıblar. İndi uşağımı müalicə etdirə bilmirəm. Bu vəziyyətdə olan tək mən deyiləm, mənimlə eyni vəziyyətdə 30-a yaxın işçi var".
Problemlə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutuna müraciət etdik. Xəstəxanadan sorğumuza cavab olaraq bildirildi ki, Səriyyə Quliyevaya öz əmək funksiyalarını yerinə yetirmədiyinə görə töhmət verilib: "Səriyyə Quliyeva əmək müqaviləsi şərtlərini kobud şəkildə pozduğuna görə son 6 ay ərzində ona iki dəfə vəzifə öhdəliklərini yerinə yetirmədiyinə üçün (göndərişli xəstələrin klinikaya elektron qəbuluna mane olması) Azərbaycan Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə və Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən töhmət verilib.
Səriyyə Quliyeva həmin əmrləri mübahisələndirməyib, bununla bağlı hər hansı bir rəsmi şikayət etməyib. Onun uzun müddət institutda işlədiyini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, onunla əmək müqaviləsinə xitam verilməyib. Lakin o, öz əmək funksiyalarını bilavasitə yerinə yetirməməkdə davam edir.
Səriyyə Quliyeva instituta öz xəstəliyi ilə bağlı əmək qabiliyyəti olmaması vərəqəsini təqdim etdiyinə, həmin vərəqədə onun özünün xəstə olması səbəbindən işdən müvəqqəti azad edildiyi barədə qeyd olduğuna baxmayaraq, sayta müraciətində xəstə uşağına qulluq etdiyinə görə evdə qaldığını göstərib".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar