Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Sumqayıt sakini, 2001-ci il təvəllüdlü S.Əkbərova (şərti) bildirib ki, Əlixan Məhərrəmli onu şantaj edərək 20 min dollar verməsini tələb edir.
Şikayətçi hədə-qorxunun Bakıda davam etdirildiyini əlavə edib.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinə sorğu ilə müraciət etdik. Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev faktı saytımıza təsdiq edərək bildirib ki, Əlixan Məhərrəmli Bakıda saxlanılıb: "Vətəndaş tələbə yoldaşı Əlixan Məhərrəmlinin ondan hədə-qorxu gəlməklə 20 min dollar tələb etməsi ilə bağlı polis orqanına müraciət edib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Əlixan Məhərrəmli müəyyən olunaraq saxlanılıb və barəsində cinayət məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə onun barədə 3 ay həbs qətimkan tədbiri seçilib. Yasamal RPİ-də istintaq araşdırmaları davam etdirilir".
Qeyd edək ki, Ağcabədi rayon sakini olan 1997-ci il təvəllüdlü Əlixan Məhərrəmli 2018-ci ildə Kayseri Şəhəri Azərbaycanlı Tələbələr Birliyinin sədri və 2020- ci ildə Kayseri Türk Dünyası Tələbələr Birliyinin sədridir.“qafqazinfo”