Xəbər lenti
“Həsən Seyidbəyli həyatı və nəsr yaradıcılığı” kitabı işıq üzü görüb

Kitabın müəllifi Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Baba Babayevdir. Kitab “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Prezidentin Sərəncamına əsasən çap olunub. “Sənətkarın elmi pasportu - 40” seriyası ilə nəşr olunan monoqrafiyanın elmi məsləhətçisi və “Azərbaycan kinosunun əfsanəsi – Publisist bədii nəsrin yaradıcısı” başlıqlı ön sözün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Kitabın redaktoru filologiya elmləri doktoru Əlizadə Əsgərli, rəyçisi filologiya elmləri doktoru, professor Təyyar Salamoğludur. Monoqrafiyada görkəmli yazıçı, kinodramaturq, senarist, kinorejissor, publisist Həsən Seyidbəylinin çoxcəhətli yaradıcılığı müasirlik duyğusunun gücü ilə elmi səviyyədə araşdırılır. Üç fəsildən ibarət monoqrafiya 220 səhifədir. Kitab “Elm və təhsil” nəşriyyatında nəşr edilib. Monoqrafya “Həsən Seyidbəylinin həyatı və ədəbi-ictimai fəaliyyəti”, “Yazıçının yaradıcılıq axtarışları: hekayələrində sosial həyatın bədii əksi”, “Həsən Seyidbəyli yaradıcılığının nəsr təkamülü: povest və romanlarında sosial həyat və onların üslub fərdiyyətləri” fəsillərindən və Nəticədən ibarətdir. “Yazıçı və zaman” başlıqlı Son sözün müəllifi isə filologiya elmləri doktoru, professor R.Əliyevdir.
Gülnar Səma Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar