Xəbər lenti
""Azərişıq” “Sumqayıt” RETSİ-yə yeni rəis təyin ediləndən təqiblərə, təzyiqlərə məruz qalmışam"
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
surəti:Azərbaycan Respublikasının
Birinci Vitse-Prezidenti
hörmətli Mehriban xanım Əliyevaya
surəti:Azərbaycan Respublikasının
Baş Naziri cənab Əli Əsədova
surəti:Azərbaycan Respublikasının
Hesablama Palatasının sədri
cənab Vüqar Gülməmmədova
surəti:Azərbaycan Respublikasının
İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova
surəti:Milli Məclisinin sədri Sahibə Qafarovaya
surəti:İnsan Hüquqları üzrə müvəkkili,
Ombudsman hörmətli Səbinə Əliyevaya
surəti:Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri
cənab Sahil Babayevə
surəti:Energetika Naziri cənab Pərviz Şahbazova
surəti:“Azərenerji” ASC-nin prezidenti
cənab Balababa Rzayevə
surəti:Həmkarlar İttifaqları Konfederasiyasının sədri
cənab Səttar Möhbalıyevə
surəti:“Azərişıq” ASC-nin sədri
cənab Vüqar Əhmədova
“Azərişıq” ASC “Sumqayıt” RETSİ-nin Hesabatların hazırlanması bölməsinin texnik-operatoru Jalə Əli qızı Cavadovanın Manevr.az-ın elektron poçtuna göndərdiyi "“Azərişıq” ASC-nin “Sumqayıt” RETSİ-dəki özbaşınalıqlardan Ş İ K A Y ƏT" başlıqlı məktubunu təqdim edir:
"Mən 16 ildir ki, energetika sistemində işləyirəm. Bakı Sənaye Pedaqoji Texnikomunu “qırmızı” diplomla bitirmişəm, Dövlət Dillər Universitetində 1 il kurs keçmişəm. Ailəliyəm, həyat yoldaşım Qubadlı r.məcburi köçkünüdür. Himayəmdə biri əlil olmaqla 2 azyaşlı övladım var. Cənab Prezidentin Sərəncamı olmadan 2022-ci ilin noyabrında “Şimal” RETSİ-ni ləğv edib “qondarma” “Sumqayıt” RETSİ və “Xaçmaz” RETSİ-lər yaradıldı. Mən də daxil olmaqla “Şimal” RETSİ-nin 123 işçini “Xaçmaz” RETSİ-yə keçirmək üçün qondarma iclas keçirdilər. Kadrlar şöbəsinin aparıcı mütəxəssisi Gülbacı Dadaşova bizdən “Xaçmaz” RETSİ-yə keçid ərizəsi yazmağı tələb etdi, əks halda bizi işsiz qoymaqla hədələdi. Halbuki Prezident Sərəncamlarında “Sumqayıt” RETSİ, və “Xaçmaz” RETSİ yoxdur.
Cənab Prezidentin Sərəncamında “Azərişıq”ASC-yə daxil olan 9 regional idarənin siyahısında “Sumqayıt” RETSİ “Xaçmaz” RETSİ yoxdur. Prezident Sərəncamında “Şimal” RETSİ-nin adı keçir. 06.02.2023-də hüquqlarımızın tapdandığına görə biz-8 nəfər işçi ölkə Prezidentinə və digər qurumlara müraciət etdikdən sonra “Azərişıq” ASC sədri cənab Vüqar Əhmədov məni də qəbul edib, dinlədi. Ailəmizin maddi durumunun ağırlığını və himayəmdəki azyaşlı övladlarımın səhhətindəki problemlərini nəzərə alaraq mənə idarədən maddi yardım göstərilməsini, vəzifəmin, əmək haqqımın qaldırılması ilə yanaşı, ali təhsilli həyat yoldaşımı işlə təmin edəcəyini bildirdi.
Lakin 01.04.2023-cü ildən Həbib Əzizov “Sumqayıt” RETSİ-yə rəis təyin ediləndən bu günə kimi davamlı olaraq təqiblərə, təzyiqlərə məruz qalmışam.
H.Əzizov “Sumqayıt” RETSİ-yə rəis təyin ediləndən sonra kollektiv iclasda haqq-ədaləti tərəfdarı olduğunu bəyan etməsinə baxmayaraq, dediklərinin tam əksi ilə qarşılaşdım. Belə ki, H.Əzizov təyinatının 10-cu günündə işçilərin gündəlik gördükləri işləri yazılı şəkildə rəhbərliyə təqdim edilməsi barədə AR ƏM-nə zidd olan qanunsuz bir əmr imzaladı və bununla bağlı komissiya yaratdı. Qanunsuz əmrə əsasən işçilər gördükləri işləri yazılı formada rəhbərliyə təqdim etməlidirlər. 14.04.2023-də komissiya üzvləri (Namiz Məhərrəmov, 65 yaşlı təqüdçü-Nürəddin Cəfərov, 74 yaşlı təqaudçü-Əyyar Qasımov, Amid Musayev, Anar Hacıyev) mənim işimi yoxlamaq adı ilə Müqəddəs Ramazan günlərində mənə psixoloji təzyiq yaşatdılar. Gün ərzində gördüyüm işləri yazılı şəkildə onlara təqdim etməyimə baxmayaraq onlar mənim işimi qeyri- qənaətbəxş hesab edib, iş vaxtı mənə stress yaşatdılar. Təzyiqlərə məruz qaldığım üçün DİN- nin 102 xidmətinə şikayətim əsasında idarəyə polis əməkdaşları gəldi. Vaxtilə onkoloji xəstəlikdən əziyyət çəkdiyim üçün mənə yaşatdıqları stress səbəbindən təzyiqim yüksəldiyindən, halım pisləşdiyindən təcili tibbi yardım maşını da çağırıldı. 25.04.2023-cü ildən indiyə kimi ambulator qaydada həkim nəzarətindəyəm.
27.04.2023-cü ildə evimdə xəstə yatarkən həmkarların sədri-Paşayev Bayram, baş mühasib-Hacıyev Anar, aparıcı hüquqşünas- Musayev Amid yaşadığım ünvana gəlib mənə öz evimdə, mənə və azyaşlı övladlarıma stress yaşatdılar. Himayəsində sağlamlıq imkanları məhdud övladı olan bir anaya, qadına təzyiq etmək kişiyə yaraşmaz! Cəsarətli Azərbaycan kişisi gücünü qadına yox səngərdə düşmənə göstərir! Anlamıram, bunlar Azərişıq ASC-nin yoxsa TƏBİB-in işçiləridir? Xəstəliyimin 3-cü günündə məni “yoxlayan” komissiya üzvləri 4 ay işə çıxmayan Vüsalə Məmmədovanı yoxlamır. Çünki onun qardaşı Şamaxı RİH-nin başçısıdır. Ona görə də Məmmədova Vüsalənin maaşı hamıdan çoxdur, üstəlik mükafat da alır. İdarəyə yeni işə qəbul edilən Gülnar Mirzəyevanı birbaşa aparıcı mütəxəssis təyin ediblər. Xidmətlər şöbəsində podrat müqaviləsi ilə işə yeni qəbul edilən Aysu 750 manat maaş alır. Komissiya üzvlərindən biri də xidmətlər şöbəsinin rəisi 74 yaşlı təqaüdçüsü Qasımov Əyyar və həmkarların sədri 66 yaşlı Bayram Paşayevdir. Belə təqaüdçülərin üzündən həyat yoldaşım kimi ali təhsilli cavan kadrlar işsiz qalıb.
Mənim kimilər isə “yerlərində sayır”, maaşları artırılmır. Adları Sumqayıt elektik şəbəkəsinin müştəri xidmətində gedən Səlimli Səxavətlə, Abbasova Xuraman “Sumqayıt” RETSİ-nin baş idarəsində oturub hesabatların hazırlanması bölməsinə aid işləri görürlər. Abbasova Xuraman da mənim kimi orta texniki təhsillidir, lakin vəzifəsi mütəxəssisdir. Nürəddin Cəfərovla qohum olduğu üçün öz yanında yerləşdirib. Hesabatların hazırlanması bölməsinin rəisi N.Cəfərovdan soruşan yoxdur ki,:-“ştat üzrə adları müştəri xidmətlərində gedən Abbasova Xuramanla, Səlimli Səxavətin hesabatların hazırlanması bölməsində işlətməkdə nə marağınız var?! Komissiya üzvlərindən biri aparıcı hüquqşünas Amid Musayevdir. A.Musayevin özündən soruşan lazımdır ki, “Azərişıq” ASC-yə qarşı Məhkəmələrə iddia ərizələrindən neçəsini “Azərişıq” ASC-nin xeyrinə həll edə bilib ? İdardə illərlə mənim kimi can qoyanların maaşı artırılmır, mükafatlar eyni işçilərə yazılır. İlham Əliyev Cənablarının göstərişi əsasında bütün idarələrdə əmək haqları artırılır. Bizim maaşlar isə “sabit”, “dəyişməz” qalıb. İşçidən gün ərzində gördüyü işləri yazılı formada tələb edilməsi qanunaziddir. İşəgötürən işçşi ilə əmək müqaviləsi imzalayıb. İşçi də müqaviləyə uyğun olaraq vəzifə səlahiyyətlərini yerinə yetirir. Mən işlədiyim 16 ildə vəzifə səlahiyyətlərimi layiqincə yerinə yetirmişəm. Rəhbərliyin bütün tapşırıqlarını da layiqincə yerinə yetirirəm.
Kadrlar şöbəsinin aparıcı mütəxəssisi Gülbacı Dadaşovanın qardaşı-Teymurov Seymur, qardaşının oğlu, bacısı qızı-Hüseynova Ülviyyə və bacısı qızının əri-Hüseynov Elməddin yüksək maaşla “Azərişıq” ASC-yə işə qəbul ediliblər, ayda mükafat da alıb işdə tapılmırlar. Komissiya bunları niyə araşdırmır ?! “Sumqayıt” RETSİ-dəki bütün bu özbaşınalıqların səbəbkarı “Azərişıq” ASC-nin İnsan Resursları İdarəsinin rəisi Sakit Baxışovdur. Bu şəxs “Keçmiş İqtisadi İnkişaf Nazirliyində sektor müdiri işləyərkən yol verdiyi qanunsuzluqlara görə, AR CM-nin 308.2 (dövlət satınalmalarını qanunsuz keçirmə), 311.3.1 (mütəşəkkil dəstə ilə rüşvətalma), 311.3.2 (təkrar rüşvətalma), 311.3.3-cü (külli miqdrada rüşvətalma) maddələrilə təsirlli bilinərək Ağır Cinayətlər üzrə Məhkəmənin hökmü ilə 1 il şərti cəza alamış təqaüdçü-Sakit Baxışovdan qayda-qanun, haqq- ədalət gözləmək məntiqsizlikdir! Xahiş edirəm “Azərişıq” ASC-nin “Sumqayıt” RETSİ-dəki özbaşınalıqlar barəsində tədbir görülməsi ilə yanaşı, energetika sistemindəki 16 illik iş təcrübəmi və ailə vəziyyətimi nəzərə alaraq vəzifəmin artırılmasında köməklik göstərəsiniz. Öncədən Sizə minnətdaram."
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar