Xəbər lenti
Robot suallara həkimlərdən daha səlis cavab verdi

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo Universitetində aparılan araşdırma zamanı sağlamlıqla bağlı konkret suallara həkimlərin və süni intellekt robotu “ChatGPT”nin cavabları müqayisə edilib. Səhiyyə mütəxəssislərindən ibarət heyət robotun suallarının 79 faizini məqbul hesab edib və onların daha səlis olması barədə rəy verib. Qeyd edək ki, mütəxəssislər əvvəlcədən cavabların həkimlərə və ya “ChatGPT”yə məxsus olduğunu bilmirdi. Universitetin tədqiqat qrupu təxminən 452 min nəfərin səhhəti ilə bağlı problemlərini qəbul edən və onlara tövsiyələr verən “AskDocs” proqramını təhlil edib. Daha sonra seçilmiş bir həkimin xəstə ilə sorğu-sualı seçilib. Həmin sual “ChatGPT”yə də verilib və ondan bir cavab yazması xahiş olunub.
Üç həkimdən ibarət olan heyət bütün məlumatları öyrənib və cavablardan hansı birinin həkimə, yaxud süni intellekt robotuna aid olduğuna əmin olmayıb. Sonra məlum olub ki, “ChatGPT” suallara daha dolğun, müfəssəl və dəqiq cavab verib. Eyni zamanda, o, xəstə ilə çox nəvazişlə davranıb.
Böyük Britaniyadakı Bath Universitetinin professoru Ceyms Davenport araşdırma ilə bağlı söyləyib ki, süni intellekt robotunun cavabı həkimlərə nisbətən dörd dəfə ətraflı olub.
Alimlər “ChatGPT”nin həkimləri əvəz edəcəyini iddia etməsə də, süni intellektin onlara necə kömək edəcəyi barədə əlavə tədqiqatın aparılmasını zəruri hesab edirlər. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar