Xəbər lenti
Özbəkistan Konstitusiyası necə dəyişir?
Yeniliklər ümumxalq səsverməsinə çıxarılıb. Referendum aprelin 30-na təyin olunub. Erkən səsvermə 19-26 apreldə keçirilib.
Parlamentin – Ali Məclisin yuxarı palatası olan Senata vilayətlər, paytaxt Daşkənd və Qaraqalpaq Respublikasından 6 nəfər seçilir, 16 nəfəri prezident təyin edir. Təklifə görə, bölgələrin kvotası 4 nəfərə, prezidentin kvotası 9 nəfərə düşür.
Ardıcıl iki dəfədən artıq Senat sədri seçilmək yasaqlanır.
Yuxarı palataya antikorrupsiya və antiinhisar orqanlarının rəhbərlərini seçmək, mərkəzi icra hakimiyyəti orqanlarının təsisi və ləğvi barədə prezident fərmanlarını təsdiqləmək, xaricdəki diplomatik korpus rəhbərlərinin hesabatını dinləmək, yerli hakimiyyət orqanlarının qərarlarını ləğv etmək, aşağı palata (Qanunverici Palata) buraxıldığı hallarda qanunların qəbulu, üçdə iki səs çoxluğu ilə özünü buraxmaq səlahiyyətləri verilir.
150 nəfərdən ibarət Qanunverici Palata prezidentin təqdimatı əsasında baş nazirin təyinatına razılıq vermək, Nazirlər Kabineti üzvlərinin hesabatını dinləmək, prezident qarşısında hökumətin istefaya göndərilməsi barədə məsələ qaldırmaq, üçdə iki səs çoxluğu ilə özünü buraxmaq səlahiyyətləri alır.
Təklifə görə, heç kim ardıcıl iki dəfədən artıq aşağı palatanın sədri seçilə bilməz.
Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılır, indiki dövlət başçısına yenidən seçilmək imkanı yaradılır. Prezident aşağı palatanı buraxa, növbədənkənar prezident seçkisi təyin edə bilər.
Hazırda prezident postunu Şövkət Mirziyayev tutur. 1957-ci il təvəllüdlü Şövkət Mirziyayev 2003-cı il dekabrın 12-dən baş nazir olub, 2016-cı il sentyabrın 8-dən prezident səlahiyyətlərini icra edib, dekabrın 4-də prezident seçilib.
Şövkət Mirziyayev 2021-ci ildə erkən səsverməsi 14-20 oktyabr arası, əsas səsverməsi oktyabrın 24-də keçirilmiş prezident seçkisində də qalib gəlib.
Ana qanuna başqa təkliflərə əsasən, Konstitusiya Məhkəməsinin hakimləri bir dəfədən artıq (səlahiyyət müddəti 10 ildir), eyni şəxs ardıcıl iki dəfədən artıq baş prokuror təyin oluna bilməz.
Şəxsin eyni bölgəyə ardıcıl iki dəfədən artıq hakim (icra hakimiyyəti başçısı) təyin olunması, yerli seçkili orqanının rəhbəri postuna ardıcıl iki dəfədən artıq seçilməsi də qadağan edilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar