Xəbər lenti
Heydər Əliyev: "Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir..."
Heydər Əliyev: "Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik"
Ölkəmizdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd etdiyimiz bir vaxtda Heydər Əliyevin ana dilimizə olan sevgisini unutmaq olmaz. Ana dilini qoruya bilməyən xalq məhvə məhkumdur. Ana dili sadəcə anadan öyrəndiyimiz dil deyil, həm də düşüncələrimizin, duyğularımızın və mənliyimizin dilidir. Buna görə də toplumu millət edən ən böyük amil dildir. Əgər düşünsək ki, bu gün sahib olduğumuz bu böyük milli varlığın yaşı min illərlə ölçülür, deməli, hər sözümüz, hər kəlməmiz dəyərli bir tarixdir. Kömür almaz olana, qızıl qızıl olana qədər torpağın altında min illərlə bişir. Bizim hər sözümüz, hər kəlməmiz də belədir; tarixlərin sınağından çıxmış, mədəniyyətimizin müxtəlif qollarını yaratmış almaz düzümlü dilimiz milli ruhumuzun bərqərar olduğu milli-mənəvi dəyərimizdir. Dil millətin varlığını təmin edirsə, onda üzərimizə düşən məsuliyyətin böyüklüyü də aydın olur. Bu məsuliyyəti daşımağın şərəfi də bizimdir. Bu da bizdən dilimizə laqeyd münasibət göstərənlərə qarşı mübarizədə hamılıqla bir olmağı tələb edir. Bu mənada, ana dili bir millətin ən böyük milli dəyəri, onun mənəvi varlığı, sehri, sirri, mövcudluğudur. Deməli, dil möcüzədir, möcüzə yaradandır.
Burda şair Vaqif Kəhrizlinin ana dili haqqında şeiri yerinə düşər.
Aylar ötür, il dəyişir,
Geden geri donən deyil.
Laçın könlüm pərvaz edir,
Səmasından enən deyil.
Bir dağam ki, göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa bircə daşım,
Milyon illər sönən deyil.
Azərbaycan - mənim elim,
Azərbaycan - mənim dilim,
Doğransa da dilim dilim,
Başqa dilə çönən deyil.
Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm,
Ana dilim ölən deyil.
Vaqif deyər, aram-aram,
Şairlikdə mən də varam.
Öz dilimlə bəxtiyaram,
Onsuz üzüm gülən deyil.
Ana dilim ölən deyil. Ulu öndər Heydər Əliyev sovetlər dönəmində ana dilimizə qarşı, xüsusi diqqət və qayğısını heç zaman əsirgəməmiş, ana dilimizin 1977-ci il 1978-ci illərdə konstitusiyaya salınmasına nail olmuşdur. Böyük lider Azərbaycan dilinin qorunmasının, saxlanılmasının vacibliyini bildiyi üçün konstitusiyaya əlavə və dəyişikliklər edilməsinin zəruriliyini bildirmiş və buna nail olmuşdur. Əlbəttə bu gün asanlıqla dilə gətirdiyimiz dilimizin qorunub saxlanılması cümləsin ifadə etmək asan olduğu qədər də böyük məsuliyyət və qəzəb doğura bilərdi sovetlər ölkəsinin rəhbərlərində. Lakin Heydər Əliyev Sovet İttifaqı mərkəzi komitəsinin baş katibi Leonid Brejnevin razlığını almağa nail olur. Ana dilimiz haqqında maddə konstitusiyada öz əksini tapır. İkinci dəfə hakimiyyətə qayıdışından sonra, 1995-ci ildə bir başa yayımla ölkə televiziyasında Azərbaycan dili haqqında müzakirələr Heydər Əliyevin Azərbaycan dilinə nə qədər önəm verdiyinin bariz nümunəsidir.
Rövşən HÜSEYNLİ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Milli Zəka” jurnalının hüquq şöbəsinin müdri,
"Qızıl Qələm” mükafatı laureatı.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar