Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhid yurdunda görünməmiş barbarlıq -ŞƏKİLLƏR

Tarix: 27-04-2023 11:20     Baxış: 3223 A- / A+


Erməni işğalından azad olunmuş torpaqlarımızın hər bir qarışı şəhid qanı ilə suvarılmışdır. İstər I Qarabağ, istərsə də II Qarabağ müharibəsində vətənin ər oğulları öz canları, qanları bahasına milləti yox olmaq təhlükəsindən xilas etdilər. Məhz 44 günlük Vətən müharibəsində də bu oğullar şanlı tarix yazaraq millətin zədələnmiş ruhuna məlhəm olaraq onun sınmış qürurunu özünə qaytardılar.
Belə qeyrətli yurddaşlarımızdan biri olan, I Qarabağ müharibəsi illərində böyük qəhrəmanlıqlar göstərərək şəhadətə yüksəlmiş Mahir Quliyevin bu günlərdə Şəhidlər Xiyabanında şəhidliyinin 30 illik anım gününə toplaşmışdıq. Çıxış edənlər Mahirin şərəfli döyüş yolu haqqında maraqlı xatirələrini bölüşüb, ruhuna dualar oxudular. Bu günümüz üçün hamımızın onlara borclu olduğumuzu bir daha bizlərə xatırlatdılar. Çox təəssüflər olsun ki, bu anım günündən çox keçməmiş igid şəhidimizin ata ocağında törədilmiş insanlıq adına sığmayan barbar hərəkətlərdən şoka düşdük. Kəlbəcər erməni işğalından azad olunandan az sonra rayonun girəcəyində və ayrı-ayrı kəndlərdə şəhid yurddaşlarımızın xatirə lövhələri yaradıdı. Görülən bu işlər xalqımızın öz şəhidlərinə böyük ehtiramının və sayğısının bariz bir göstəricisi idi. Belə xatirə lövhələrindən biri də Quzeyçiskin kəndinə gedən yolun üzərində - “Kənd yeri” adlanan ərazidə, Tərtər çayının üzərindəki körpünün o biri başında qoyuldu. I Qarabağ müharibəsinin şəhidi Mahir Quliyevin və II Qarabağ müharibəsi şəhidi Azər Mikayılovun portretləri işlənmiş bu lövhələr xalqın öz şəhidlərinə ehtiramından xəbər verirdi. Mahir Quliyevin bir şəkli də Azərbaycan bayrağı ilə birlikdə onun doğulduğu ata ocağında – Kəlbəcərin adlı-sanlı ağsaqqalarından olan mərhum İbrahim Ağalaroğlunun ermənilər tərəfindən viran qoyulmuş evinin girişində ucaldıldı. Təbii ki, bunlar şəhid qəhrəmanımızın doğmaları üçün də az da olsa bir təsəlli yeri oldu. Azərbaycan hökumətinin qərarına uyğun olaraq Kəlbəcərdə də kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlərə uyğun olaraq Mahirin qardaşı Əbülfəz Quliyev də ata yurdundakı mal tövləsini min bir əziyyət bahasına təmir edərək 2021-2022-ci illərdə bir neçə baş mal-qarasını kəndə apardı. O, öz həyətlərində ailəsinin və ona təsərrüfat işlərində yardım edənlərin qalmaları üçün bir olacaq da düzəltdi. Yolların bərbadlığı, mal-materialın aparılmasında ortaya çıxan çətinliklər Əbülfəzin əziyyətlərini birə min qat artırırdı. Onun böyük qardaşı, işğal illərində və ondan sonrakı zaman kəsiyində kəlbəcərlilərə və digər məcburi köçkünlərə böyük dayaq olmuş sabiq millət vəkili Əlövsət Ağalarov öz vəsaiti və şəxsi əlaqələri hesabına kəndin yollarını təmir elətdirdi, digər işlərdə də həmkəndlilərinə əl tutdu. Vaxtaşırı ata yurdunu ziyarət edən Əlövsət müəllim öz kəndi və Kəlbəcərin sabahkı xoş günləri ilə bağlı böyük xəyallar da qurdu. Amma atalar deyir ki, sən saydığını say... Bu günlərdə eşitdiyimiz bir xəbər bizi olmazın dərəcədə sarsıtdı. Sən demə goreşən xislətli ikiayaqlı məhluqlar hələ də aramızda gəzib dolanaraq öz pisliklərini bu gün də davam etdirirmişlər. Kənddə kimsənin olmadığından istifadə edən bu yaramazlar kənd sakinlərinin əzab-əziyyətlə yaratdıqları hər nə varsa hər şeyə qənim kəsilibmişlər. Şəhid atası İbrahim Ağalaroğlunun həyətində törətdikləri vəhşiliklər isə heç nə ilə ölçülməyəcək bir cinayət, insanlıq adına sığmayan üz qaralığı imiş. Onlar Əbülfəzin təmir etdiyi mal tövləsini və həyətdə özləri üçün düzəltdiyi olacağın altını üstünə çevirərək viran qoymuşlar. Tövlənin üzərindəki dəmir boruları və digər inşaat materiallarını sökərək oğurlamışlar. Mal-qaranın həyətdə su içmələri üçün düzədilmiş dəmir ovdanları, əllərinə keçən digər zəruri avadanlıqları da talayaraq aparmışlar. Bu yaramazlıqların əks olunduğu videonu ürəkağrısız izləmək mümkün deyil. Videodan da göründüyü kimi, sanki İbrahim Ağalaroğlunun yenicə həyat nəfəsi gəlməkdə olan ocağından ikinci dəfə erməni barbarlarının quldur dəstələri keçmişdir. Kaftar xislətli bu yaramazlar şəhid Mahir Quliyevin portreti əks olunmuş lövhəni işıqlandıran günəş panelini də oğurlamaqdan belə abır etməmişlər. Xatırladaq ki, bu yaramazlar ötən ildə də kəndin girəcəyində Mahir Quliyevin və Azər Mikayılovun portretlərini işıqlandıran günəş panelini və Azərbaycan bayrağını da oğurlamışdılar. O vaxt şəhidlərin doğmalarının bu məsələni abırlarına sığınıb ağartmamaları görünür bu alçaqların dişlərində şirə qoyub. Onlar da cəzasız qalacaqlarına əmin olduqlarından yenidən bu boyda alçaqlığa qol qoymuşlar. Bu utancverici hadisə damarlarından insan qanı axan hər bir kəsdə hiddət doğurmaya bilməz. Düşünürük ki, şəhid Mahir Quliyevin ata ocağında törədilmiş bu talançılıq təkcə kəlbəcərlilərə qarşı törədilmiş təxribat deyil, bütün xalqımızın hissiyatına meydan oxumaqdır. Kəlbəcər Yolu İctimai Birliyi olaraq baş vermiş bu barbarlığı ürəkdən lənətləyirik və inanırıq ki, ölkəmizin hüquq-mühafizə orqanları tez bir zamanda bu quldurları tapıb, onları layiq olduqları cəzaya çatdıracaqlar.

Kəlbəcər ictimaiyyatı adından: Kəlbəcər Yolu İctimai Birliyi

        













Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar