Xəbər lenti
Şagirdi "yoldan çıxaran" direktor həbs olundu - Şəkillər
Bu barədə "WTVJ" yazır.
Belə ki, qadın yetkinlik yaşına çatmamış şəxsə qarşı seksual hərəkətlər etməkdə və intim münasibətə sövq etməkdə təqsirləndirilir.
Məktəblinin sözlərinə görə, Smit ilə münasibətləri 2022-ci ilin oktyabr ayında başlayıb. Şagird bəzi fənlərdə yardım etməsini xahiş etdikdən sonra direktor onu şəxsi məşğələlər üçün kabinetinə dəvət edib. Zamanla müəllimlə şagird arasında səmimiyyət yaranıb və onlar bir-birilərinə ailələrindəki problemləri danışıb bölüşərək daha yaxın olublar.
Oğlanın sözlərinə görə, bir gün direktor ayağını onun ayağına sürtməyə başlayıb, sonra əliylə ayağına sığal çəkib və şagirdə də onun ayağına toxunmağa icazə verib. Bundan sonra aralarındakı münasibət "qırmızı xətti" keçib. Onlar messencerdə açıq mövzularda yazışmağa başlayıblar. Sonradan Smit oğlandan yazışmaları silməyi xahiş edib.
Müstəntiqlər belə qənaətə gəliblər ki, Treysi şagirdlə romantik münasibətlərdə olub və onu qeyri-etik hərəkətlərə sövq edib.
Həbs olunan Smit 25 min dollar girov müqabilində növbəti məhkəmə iclasınadək azadlığa buraxılıb.
Qadına həmin şagirdlə əlaqə qurmaq, məktəbdə fəaliyyət göstərmək və öz qohumlarından başqa yeniyetmələrlə ünsiyyətdə olmaq qadağan edilib. big.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar