Sizin Reklam Burada
Xəbər lenti
15-05-2024
14-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu şəxsi tapana 200 min manat veriləcək – ŞƏKİL

Tarix: 24-04-2023 19:30     Baxış: 4158 A- / A+

Bir il əvvəl Zaqatalada itən hindistanlı turistin anası oğlunun tapılması ilə bağlı müraciət edib.
Manevr.az Lent.az-a istinadla xəbər verir ki, müraciətdə gənci tapana bəzi şərtlərə uyğun olaraq mükafat veriləcəyi bildirilib:
“Manikant Kondaveeti 2022-ci il mayın 13-də Zaqatala rayonunda itkin düşüb. Biz onunla sonuncu dəfə həmin il mayın 12-də əlaqə saxlamışıq. Sonra o, tək halda meşəlik sahəyə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib.
Polis və könüllülər onu tapmağa çox cəhd göstərsələr də, onunla bağlı heç bir məlumat əldə edə bilmədik.
Oğlum Manikantı sağ-salamat tapana pul mükafatı verəcəyik. Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, biz onu tapan şəxsə 200 000 manat verəcəyimizi bildirmək istəyirik. Biz axtarış ərazisinin Zaqataladakı meşə sahəsindən bütün Azərbaycana genişləndirilməsini xahiş edirik”.
Anası Manikantın sağ qaldığına inanır:
“Mən, Azərbaycan xalqına müraciət edərək demək istəyirəm ki, Manikant Azərbaycana səmimi şəkildə dəvət olunub və o, hamıdan çox razı idi, hər kəsə hörmətlə yanaşırdı. Hamı onunla dostcasına və mehriban idi, o da hər kəslə dost idi və böyüklərə hörmətlə yanaşırdı. O, yaşlılara kömək edirdi, yaşlılar da öz növbəsində ona yaxşı mənada köməklik göstərirdilər. Kim Manikantı tapsa, telefon əlaqələrini valideynlərinə versin. Onun telefonu işləmir, zəhmət olmasa, telefonla bağlı ona köməklik edin. Bu çağırışı oxuyan və onun ölkəmizə geri qayıtmağına köməklik göstərəcək Azərbaycan xalqına təşəkkür edirəm”.
Ailəsi Manikantı tapana veriləcək mükafatın şərtlərini də açıqlayıb:
1) Bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək.
2) Oğlumun yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.
3) Heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.
4) Pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək.
5) Manikantın harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.
6) Bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar