Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda "molla" oxuduğu duanı yarımçıq kəsib qaçdı - VİDEO

Tarix: 22-04-2023 13:42     Baxış: 3187 A- / A+


Bakıda


Molla aşı gördü, quran yaddan çıxdı deyirlər el arasında. Ancaq bu dəfə özünü din xadimi kimi qələmə verən "mollalar" qəbiristanlıqdan çəkiliş qrupunun gəldiyini görüb qaçdılar. Bu hal Yasamal qəbiristanlığında olub.
 
Manevr.az Xəzər TV-yə istinadən xəbər verir ki, insanlar hər bayramda vəfat edən yaxınlarının məzarını ziyarət etmək üçün qəbiristanlıqlara üz tuturlar.
 
Bu vəziyyətdən sui-istifadə  edib özünü din xadimi kimi göstərərək oxuduğu dualardan bixəbər olanlar da var. Onların nə işlə məşğul olduqlarını soruşmaq istədikdə isə qaçaraq aradan çıxmağa çalışırlar.
 
Hətta bəziləri kameranın obyektivini görüb oxuduğu duanı yarımçıq qoyaraq ərazidən uzaqlaşır.
 
Bəziləri isə işlərinin olduğunu deyib dialoqu tez kəsir və həmin yeri tərk etməyə çalışırlar.

Amma ayaq saxlayıb nə üçün qəbiristanlıqda olduqlarını izah edənlər də oldu.
 
Ramazan bayramı ilə bağlı yaxınlarının məzarlarını ziyarət edənlər isə dualar oxuyub onları yad etməyə çalışırlar.
 
Bəziləri isə vəfat edən yaxınları üçün dua etməklə yanaşı, məzarını da təmizləyir və səliqə-səhman yaratmağa çalışırlar.

Manevr.az
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar