Xəbər lenti
İlahiyyat İnstitutu maarifləndirmə tədbirlərini davam etdirir - ŞƏKİLLƏR
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərinə başlanılıb.
Manevr.az-ın məlumatına görə, institutun növbəti səfəri Neftçala rayonuna olub. Tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Neftçala şəhər 1 saylı tam orta məktəbin direktoru Ülviyyə Abdullayeva giriş sözü ilə çıxış edərək gənclərin milli-mənəvi ruhda böyüməsinin vacibliyinə toxunub. Ü.Abdullayeva ölkəmizdə gənclərin savadlı kadr kimi yetişməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbə müdiri Sənan Xəlilov gənclərin milli-mənəvi dəyərlərə bağlı formada böyümələrinin vacibliyinə toxunub. S.Xəlilov Azərbaycanda ödənişsiz tədris həyata keçirən yeganə ali dini təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunda təhsil almağın üstünlükləri və gələcək perspektivləri barədə fikirlərini bölüşüb. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. O, İnstituta qəbul olunacaq hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib. Həmçinin onların yeməkpulu ilə təmin ediləcəklərini, dərslərdən əlavə, ödənişsiz xarici dil kurslarında iştirak edəcəklərini və digər üstünlüklərə sahib olacaqlarını da nəzərə çatdırıb. Aİİ-nin müəllimi Ənvər Mustafayev tələbələrin daha yaxşı təhsil almaları üçün ali təhsil müəssisəsində yaradılan şəraitdən söhbət açıb, həmçinin tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Qeyd edib ki, İnstitut kollektivi gənclərin zəngin dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə yiyələnən bacarıqlı kadrlar kimi yetişmələri istiqamətində səylə çalışır. Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov çıxışında abituriyentlərə İnstituta qəbul şərtləri barədə məlumat verib. Bildirib ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. E.Orucov xarici dillərə yiyələnmək imkanları; təqaüd proqramları; xaricdə təhsil; tələbələrin sosial həyatı; yay və qış məktəbləri haqqında da ətraflı bəhs edib. Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Sevda S.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar