Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Məktəblərdə kütləvi zəhərlənmə ilə bağlı təxribat şübhəsi – Ekspert şərhi

Tarix: 20-04-2023 19:15     Baxış: 3254 A- / A+

Son vaxtlar Azərbaycanda ard-arda bir neçə məktəbdə şagirdlər arasında zəhərlənmə faktları qeydə alındı. Bəzi iddialara görə bu, konkret hansısa ölkənin təxribatıdır.
Belə bir şey mümkündürmü? İddia nə dərəcədə real hesab edilə bilər? Azərbaycan məktəblərində təhlükəsizlik tədbirləri nə dərəcədə qanedicidir?
Manevr.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən təhlükəsizlik üzrə ekspert Rəşad Rza sözügedən məsələyə səbəb kimi bir neçə ehtimalın olduğunu bildirib:
“Bu hadisəyə bir neçə yanaşma ola bilər. Guya bunun arxasında İranın təxribatının dayandığına dair ehtimallar səsləndirilir. Biz çox güclü erməni terrorizmi təhlükəsi ilə üz-üzə olduğumuzu da unutmamalıyıq. Yəni hadisənin ermənilərin təxribat planı olması da bu ehtimallar arasındadır. İkinci ehtimalın birincidən daha real göründüyünü düşünürəm. Amma bunun əsas və daha doğru səbəbləri araşdırmalıdır. Ancaq geniş tədqiqatdan sonra dəqiq bir şey demək olar ki, bu da təbii olaraq hüquq mühafizə orqanlarının üzərinə düşür.
Təhsil müəssisələrində təhlükəsizlik məsələləri maksimum həddə çatdırılmalıdır. Çünki hazırda universitetlərdə, məktəblərdə, bağçalarda qida təhlükəsizliyi və mühafizə sistemlərinin ürəkaçan olmadığını hesab edirəm. Məsələn, bağçalarda istənilən şəxsin rahatlıqla gəlib azyaşlının əlindən tutub apardığını görə bilirik. O cümlədən məktəblərdə də mühafizəçilərin əksəriyyəti yaşlı insanlardır. Bu məsələ universitetlərdə nisbətən normal tənzimlənir”.
Ekspert məktəblərin qida təchizatının davamlı şəkildə yoxlanılmalı olduğunu qeyd edib:
“Məktəblərə verilən qida məhsulları mütəmadi olaraq yoxlanışdan keçirilməlidir. Həmçinin təhsil müəssisəsinin yanında yerləşən marketlərin, şagirdlərin yemək aldığı yerlərin yoxlanışı da təbii ki, icra orqanlarının üzərinə düşür. Təəssüf ki, bu gün məktəblərin ətrafında sanitariya qaydalarının pozulmasına şahid oluruq, hər yer zibillikdir, üstü açıq qidaların satışı həyata keçirilir. Bütün bunlar da zəhərlənmə ilə nəticələnə bilər”.
Qeyd edək ki, aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlər arasında kütləvi zəhərlənmə yaşanıb. Zəhərlənmənin məktəb bufetində satılan toyuq ətindən baş verdiyi bildirilib. Həmçinin aprelin 18-də Bakıda 149 saylı məktəbin 15 şagirdi zəhərlənib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar