Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şirvan Kommersiya Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzində olub -ŞƏKİLLƏR

Tarix: 19-04-2023 13:30     Baxış: 3262 A- / A+
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.

Manevr.az xəbər verir ki, 2023-cü il “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar təsdiq edilmiş müvafiq tədbirlər planı çərçivəsində Şirvan Kommersiya Məhkəməsinin kollektivi aprelin 19-da Şirvan şəhərində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş və Heydər Əliyev Mərkəzində olmuşlar.
Heydər Əliyev Mərkəzin əməkdaşı qeyd etmişdir ki, Mərkəzdəki Heydər Əliyev Muzeyində toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır, umummilli liderin həyat yolu haqqında maraqlı faktlar fotolar vasitəsilə təqdim olunur.
Mərkəzlə tanışlıq zamanı Ulu Öndərin həyat yolu, zəngin və çoxşaxəli irsi, Azərbaycan xalqının Ümummilli Lideri olan Heydər Əliyev irsinin tədqiqi və təbliği,  elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliğində mühüm əhəmiyyəti iştirak edən şəxslərin nəzərinə çatdırılmışdır, onlar ümumilli lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı məlumatlar, şəkillər ilə tanış olmuşlar.
Ziyarət çərçivəsində göstərilən diqqətə görə Şirvan Kommersiya Məhkəməsinin rəhbərliyi tərəfindən Mərkəzin aidiyyəti məsul şəxslərinə təşəkkür bildirilmiş, məhkəmənin hakimlərinin və əməkdaşlarının Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrıldıqları vurğulanmışdır.

Nigar Nəriman

Manevr.az 


















Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar