Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

2 ay nazir oldu, 7 min təqaüd aldı, xərçəngdən öldü

Tarix: 18-04-2023 09:55     Baxış: 3378 A- / A+

Xəbər verdiyimiz kimi, sabiq sabiq daxili işlər naziri Abdulla Allahverdiyev aprelin 13-də Türkiyədə vəfat edib.

Manevr.az
xəbər verir ki, Abdulla Museyib oğlu Allahverdiyev 1941-ci ilin may ayının 23-də Ukraynanın Odessa şəhərində anadan olub.

O, 1958-ci ildə Dağ Kəsəmən kənd orta məktəbində oxuyub. Daha sonra isə Azərbaycan Politexnik İnustitunun avtomobil nəqliyyatının istismarı fakultəsini bitirib.

1964-cü ildən 1974-cü ilədək daxili işlər nazirliyinin mərkəzi aparatında, dövlət avtomobil müfəttişliyi xidmətində məsul vəzifələrdə işləyib.

1974-1979-cu ilədək Respublika Dövlət Avtomobil Müfəttişliyinin Əlahiddə Yol Nəzarət Diviziyonunun komandiri vəzifəsində çalışıb. 1979-1981-ci illərdə Daxili İşlər Nazirliyinin avtomobil təsərrüfatına rəhbərlik edib.

1981-1983-cü illərdə Moskvada SSRİ Daxili İşlər Nazirliyinin akademiyasında oxuyub, oranı fərqlənmə ilə bitirərək hüquqşünas ixtisası və milis podpolkovniki rütbəsi alıb. O, respublika DİN-də milis məktəbinin rəisi, sonra idarə rəisi vəzifəsində işləyib.

1988-1990-cı ilədək Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, 1990-1991-ci illərdə isə nazirliyin hərbi səfərbərlik şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

1989-cu ildə polkovnik rütbəsi alıb.

1992-ci ildə ona general-mayor rütbəsi verilib. Həmin vaxt Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Abdulla Allahverdiyev 1993-cü ilin aprelin 16-dan iyunun 17-dək Azərbaycanın daxili işlər naziri vəzifəsini daşıyıb.
Sabiq nazir ilk illərdən Qarabağ müharibəsində iştirak edib.

Abdulla Allahverdiyev Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin oğludur.

Onun qardaşı Şəmil Allahverdiyev açıqlamasında bildirib ki, general 53 yaşından təqaüdə çıxıb: "O, 3 min manat təqaüd alırdı. Son illərdə isə təqaüdü 7 min manata qalxdı”.

Abdulla Allahverdiyev uzun illər idi ki, xərçəng xəsətliyindən əziyyət çəkirdi. O, 2023-cü il aprelin 13-də Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, Abdulla Allahverdiyevin iki qızı və bir oğlu var.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar