Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Hərbçilərimiz Türkiyədə təlimdə iştirak edəcək - Şəkillər

Tarix: 17-04-2023 19:53     Baxış: 3240 A- / A+

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək - FOTOLAR


Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu Türkiyədə keçirilən təlimdə iştirak edəcəklər.
Türkiyənin Qars şəhərində keçiriləcək Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu qardaş ölkəyə yola salınıb.
Təlimə cəlb edilmiş hərbi qulluqçuların və texnikaların Qars şəhərinə yola salınması münasibəti ilə mərasim keçirilib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Rəhim Cəfərov hər iki ölkə arasındakı sarsılmaz qardaşlıqdan və keçirilən birgə təlimlərin əhəmiyyətindən danışıb. Bildirilib ki, ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təliminin əsas məqsədi döyüş zamanı qoşunların koordinasiyasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasından ibarətdir.
Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.

Manevr.az









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar