Fizika elminin inkişafında özünəməxsus yeri olan görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor Tahirə Kərimova vəfat edib. Xəbər lenti
Tahirə Kərimova vəfat etdi
Fizika elminin inkişafında özünəməxsus yeri olan görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor Tahirə Kərimova vəfat edib.Bu barədə AMEA-dan məlumat verilib. Tahirə Kərimova 88 yaşında vəfat edib.
Qeyd edək ki, Kərimova Tahirə Həzi qızı 28 aprel 1935-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə daxil olub və 1960-cı ildə fizika fakültəsini fizika ixtisası üzrə bitirib. 1961-1965-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Energetika İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1965-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitunun aspiranturasına qəbul olub və 1970-cı ildə namizədlik dissertasiyasını müdafiə edib. Sonrakı illərdə kiçik elmi işçi vəzifələrində çalışıb. 1991-ci ildən Yarımkeçiricilərin elektron spektraskopiyası lobaratoriyasına rəhbərlik edib. T.H.Kərimova 1970-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1986-cı ildə fizika-riyaziyyat elmləri doktoru, 2001-ci ildə professor elmi adına layiq görülüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































