Xəbər lenti
Atam maşınla oğlumu vurandan sonra xərçəng oldu"
"Bizim genetikamızda xərçəng xəstəliyi heç olmayıb, ilk dəfə atamda peyda oldu. Bilmədik necə baş verdi. Bunu bir şeylə əlaqələndirirəm. Həkim demişdi ki, xəstəlik 2019-cu ildən başlayıb. Düşünürəm ki, özünə baxmaqla əlaqəli deyildi. Həmin il bir hadisə olmuşdu. Mərdəkanda bağ evimizdə baş vermişdi. Biz yasda idik, oğlum marketə getmək üçün icazə aldı, getdi. Uşaq sevinə-sevinə qapıdan çıxanda onu maşın vurdu".
Manevr.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz "Səhər mərkəzi" verilişində deyib. O bildirib ki, atası övladını maşınla vurduğu zaman yaşadığı stresdən sonra xərçəng olub:
"Hamımız hay-həşirlə çölə çıxdıq. Gördük ki, maşınla vuran atam. Bu da təsadüf idi, atam yasa gələndə oğlumu maşınla vurdu. Uşaq yerə yıxıldı, onu qucağıma götürüb evdəkilərə verdim. Gördüm ki, atam iki əlini başına qoyub, dizi də yerdə, gözləri yerindən çıxırdı. Onu ayağa qaldırıb sakitləşdirməyə çalışdım. Onun stresi onu belə etdi. Atamı belə bir halda heç vaxt görməmişdim. Onun ömrünün yarısı həmin hadisədə getdi. Xərçəngdə həmin hadisədən sonra başlayıb.
Atam kimi özünü formada saxlayan görməmişəm. Heç vaxt liftə minməzdi, ayaqla qalxardı. Enerji içkiləri içməzdi. Sağlam qidalanırdı".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar