Xəbər lenti
Azərbaycanın ilk qadın kiberidman komandası erməniləri məğlub edib birinci oldu - ŞƏKİL

Azərbaycanda ilk qadın kiberidman komandası yaradılıb.
Sosial şəbəkələrdə "East Legends” (Şərq əfsanələri) adlı qadınlardan ibarət "Counter Strike: Global Offensive” (CS:GO) kiberidman disiplini üzrə komandanın təşkil olunduğu haqqında məlumat yayılıb.
Rəsmi "Instagram” səhifəsində qeyd edilir ki, "East Legends” komandası artıq nüfuzlu təşkilat olan "FastCup”ın 8 aprel tarixində keçirdiyi "Sakura Female Cup” turnirinin qalibi olub.
Qələbəyə aparan yolda "Əfsanələr” İrəvanda yerləşən kiberidman təşkilatı "Virtus Pro”nun qadın yığmasını 19:16 hesabı ilə məğlubiyyətə uğradıb.
Ölkəmizin kiberidman tarixində nəinki "CS:GO” üzrə, ümumiyyətlə, ilk qadın yığması olan "East Legends” yetərincə cavan komanda olmasına baxmayaraq, iştirak etdiyi ilk turnirdə 22 komanda arasında birinci yerə layiq görülüb.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































