Xəbər lenti
Xiyar-pomidor əkilən Sumqayıt bulvarının rəisi işdən çıxarılıb - İDDİA/VİDEO
Sumqayıt bulvarında kənd təsərrüfatı məhsulları əkilməsinə icazə verdiyi üçün idarə rəisinin vəzifəsindən azad edildiyi iddia edilir.
İddialara görə, Sumqayıt Şəhər Bulvar İdarəsinin rəisi Yavər Vəliyev ötən gün Baku TV-nin Sumqayıt bulvarında kənd təsərrüfatı məhsulları əkildiyinə dair hazırladığı süjet səbəbindən işdən çıxarılıb.
Məsələ ilə bağlı oxu.az Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayevlə əlaqə saxlayıb. E.Qocayev açıqlamasında bu barədə məlumatının olmadığını, gün ərzində məsələ ilə bağlı məlumat olarsa, ictimaiyyətə açıqlanacağını bildirib.
Xatırladaq ki, mövcud məsələ ilə bağlı bir neçə rəhbər şəxsin töhmət aldığı da iddia edilir.
Qeyd edək ki, süjetdə sakinlərin istirahəti üçün nəzərdə tutulan bulvar ərazisinə məişət tullantılarının da atıldığı bildirilib. Bu da, öz növbəsində ətrafda pis qoxunun yayılmasına səbəb olur.
Həmin süjeti təqdim edirik:
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar