Xəbər lenti
Toğanalı-Kəlbəcər-İstisu yolundan yeni görüntülər - Video
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşasını sürətlə davam etdirir.
Manevr.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən yolun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu 26 km təşkil edir. Toğanalı-Kəlbəcər layihənin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinə qədər 3 250 m-ə qədər artır.
Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Əlavə olaraq 561,2 m, 626,9 m və 947,9 m uzunluğunda 3 tunelin tikintisi də həyata keçirilir.
Sol və sağ hissələrdən ibarət olan, Sol hissəsi 11 654,37 metr, Sağ hissəsi isə 11 658,91 metr uzunluğa malik olacaq Murovdağ tunelinin (Tunel №3) sol hərəkət istiqaməti üzrə ümumilikdə 4 684 metr qazma və püskürtmə işləri, 2 012 metr isə kəmər betonu işləri tamamlanıb, Sağ istiqamət üzrə isə ümumilikdə 4 849 metr qazma və püskürtmə işləri, 660 metr isə kəmər betonu işləri tamamlanıb.
561,2 m uzunluğunda olan Tunel №1-də, 626,9 m uzunluğunda olan Tunel №2-də və uzunluğu 947,9 m təşkil edən Tunel №4-də artıq qazma, püskürtmə betonu işləri tamamlanıb.
Dövlət başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır. Layihə üzrə yolun hərəkət hissəsinin eni 7,5-14 m təşkil edir.
Hazırda layihənin müəyyən hissələrində layihə-axtarış, geologiya və torpaq işləri aparılır. Belə ki, tikinti norma və standartlarına uyğun olaraq təməl üçün materialların təmin edilməsi, ağır vərdənə ilə əsasın tələb olunan kipliyə çatdırılması və torpaq yatağının səth sularından qorunması üçün torpaq küvetlərin çəkilməsi işləri görülür. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və 10-21.5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir.
Layihə çərçivəsində avtomobil yolunda suların ötürülməsini təmin etmək məqsədilə 159 ədəd dairəvi boru,113 ədəd düzbucaqlı boru, 17ədəd U tipli və düzbucaqlı suötürücü qurğular, həmçinin 5 363 metr uzunluğa malik istinad divarının və 36,346 m daş divarın inşası işləri də icra olunacaq. Sadalanan işlər üzrə artıq 39 dairəvi, 40 düzbucaqlı borunun, 9 U tipli və düzbucaqlı suötürücü qurğuların, 5 590 m daş divarın və 2 871 m istinad divarının tikintisi yekunlaşıb.
Tikinti işləri Agentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun layihənin vaxtında yekunlaşdırılması məqsədilə Agentlik əraziyə lazımi sayda qüvvə cəlb edib.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar