Xəbər lenti
"Balamı mənə qaytarın" - Ermənistanda saxlanılan Hüseynin anası
Oğluma işgəncə verilməsi ilə bağlı görüntüləri internetdə izlədim. Hələ də şokdayam. Bu, nə oyundur bizim başımıza gəldi”.
O, oğlunun günahsız olduğunu deyib: “Mən bundan əvvəl Qırmızı Xaç Komitəsinə, Müdafiə Nazirliyinə müraciət etmişdim. Həyat yoldaşım neçə gündür Naxçıvandadır. BQXK məni sorğu-sual elədi, dedilər ki, övladınızın məsələsi araşdırılacaq və Azərbaycana gətiriləcək”.
Şəlalə Axundovanın sözlərinə görə, övladı əsgərlikdən sonra hərbidə qalmağa hazırlaşırdı:
“Biz Mehdiabadda yaşayırıq. İki qızım, bir oğlum var. Hüseyn 9 yaşından əsgər gedən günə qədər fəhləlik edib, daş daşıyıb, ailəsinə baxıb. Xəstəliyimə görə mən işləyə bilmirdim. Çox yaxşı oğuldur. Əsgərlikdən gəlməyinə 5 ay qalmışdı. Onunla sonuncu dəfə aprelin 4-də danışmışdıq. MAXE olacağını deyirdi. Əsgərlik vaxtı heç nədən şikayəti yox idi, hər şeyin qaydasında olduğunu deyirdi. Xahiş edirəm, balamı mənə qaytarın”.
Azərbaycan Ordusunun itkin düşən əsgəri Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisində saxlanılıb. Onun Qafan rayonunda tutulduğu bildirilib.
Sosial şəbəkələrin erməni seqmentində azərbaycanlı əsgərin foto və videoları yayılıb. Kadrlardan görünür ki, H.Axundov Ermənistanda saxlanıldıqdan sonra amansız işgəncələrə məruz qalıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar