Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu qurumda çalışanların maaşları artırıldı

Tarix: 13-04-2023 09:26     Baxış: 4230 A- / A+
Nazirlər Kabineti daha bir dövlət qurumunda çalışanların əmək haqqınını artırılması barədə qərar qəbul edib.
Manevr.az xəbər verir ki, «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilsin. Qanunvericiliyə görə bu məbləğlər məxfi sayıldığına görə, açıqlanmır, amma qərara əsasən Maliyyə Nazirliyi bu Qərarın icrası ilə əlaqədar cari ilin sonunadək tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2023-cü ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirəcək.
Eləcə də Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunub ki, eyni qərar Naxçıvan MR-da da qəbul edilsin, yəni Naxçıvan Daxili İşlər Nazirliyinin büdcədən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri barədə müvafiq qərar qəbul etsin.
Sözügedən qurumlarda çalışanlar üçün daha bir müsbət məqam odur ki, bu qərar apreldə qəbul edilməsinə baxmayaraq, 2023-cü il yanvarın 1-dən tətbiq ediləcək.(fed.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar