Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını bağlayırlar?

Tarix: 13-04-2023 09:05     Baxış: 3498 A- / A+
İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını bağlayırlar? Niyə ölünün burun, ağız və qulaq dəliklərinə pambıq qoyulur? 

Manevr.az islam.az-a istinadən bildirir ki, risalələrdə də yazıldığı kimi, insan dünyasını dəyişəndən dərhal sonra müstəhəbdir ki, yaxınlıqda olan şəxslər cənazənin gözlərini və ağzını bağlasınlar. Eləcə də, ölünün çənələrini bir-birinin üzərinə sıxıb, çənənin altından təpəyə doğru nazik ip zolağı ilə bağlayırlar. Cənazənin əl-qolunu da düz açırlar. Qollarını bədənin yanına, ayaqlarını da bir-birinə yüngülcə sıxıb bağlayırlar. Bunu ona görə edirlər ki, can bədəndən çıxdıqdan sonra adətən bədənin əzələləri keyləşib bərkiyir və ölü hansı vəziyyətdə dünyasını dəyişibsə, bədən üzvləri həmin vəziyyətdə qalır. Əzələlər bərkiyəndən sonra çənəni bağlamaq, əl-ayağı düzəltmək çətin olur. Eləcə də, bəzi ölüm hallarında baş verən daxili qanaxma nəticəsində ölünün ağzından qan və köpük gələ bilər deyə, çənəsini bağlayırlar. Qüsldən sonra da ölünün ağzına, burun, qulaq və bağırsaq dəliklərinə pambıq qoyurlar ki, qanaxma və ifrazat olmasın, kəfən bulaşmasın.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar