Xəbər lenti
Delimitasiya Komissiyasının katibi kimdir… - DOSYE
Manevr.az bildirir ki, Murad Nəcəfbəyli bundan əvvəl bir neçə ölkədə səfir vəzifəsində çalışıb.
2010-cu il yanvarın 6-da Murad Nəcəfbəyliyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi təqdim edilib və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Bir neçə gün sonra isə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin olunub.
O, 2012-ci ilin aprel ayında İsveçrədəki səfir, 2015-ci ildə BMT-dəki daimi nümayəndə vəzifəsindən geri çağırılıb.
2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Murad Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2019-cu ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib, 2021-ci ildə Estoniyadakı səfir vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında dövlət sərhədinin delimitasiyası üzrə Katibliyin yaradılması barədə qərar qəbul edilib. Qərara əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilib.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar