Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Prokurorluq orqanlarına işə qəbulla bağlı MÜSABİQƏ

Tarix: 11-04-2023 20:09     Baxış: 3242 A- / A+

Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edir.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, müasir Azərbaycan dövlətinin memarı Ümummilli lider Heydər Əliyevin zamanı qabaqlayan milli dövlətçilik ideya və düşüncələrinə əsaslanan siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə zamanın ruhuna, yeni siyasi, iqtisadi, sosial reallıqlara uyğun olaraq həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılıb, gənclərin bütün sferalarda fəal iştirakına geniş imkanlar yaradılıb. Respublikamızda gənclərə hərtərəfli diqqət və qayğının göstərilməsi, onların potensialından daha geniş istifadə edilməsi, dövlət idarəetməsində yaxından iştirak etməsi təmin edilməklə, uğurla həyata keçirilən dövlət gənclər siyasətinə əsasən prokurorluq orqanlarında gənc mütəxəssislərin qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçirilmiş 24 müsabiqənin nəticələri üzrə uğur qazanmış gənc hüquqşünaslar hazırda prokurorluq işçilərinin 88.9 faizini təşkil edir. Müsbət haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır.
Qeyd edilən tədbirlərin davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 50 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
“Prokurorluq haqqında” qanuna əsasən prokurorluğa işə qəbul edilmirlər:
- ikili vətəndaşlığı olan şəxslər;
- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
- din xadimləri;
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;
- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.
Hazırda koronavirus epidemiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti tərəfindən xüsusi rejimdə iş normalarına dair verilmiş təlimata uyğun olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur və bu məqsədlə sənədlərin qəbulu üçün prosedurlar tam sadələşdirilib.
Belə ki, müsabiqədə iştirak etmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən namizədlər 12 aprel 2023-cü il tarixdən etibarən müvafiq ərizə və aşağıdakı sənədlərin “PDF” faylı formasında skan edilərək Baş formasında skan edilərək Baş Prokurorluğun kadr_qebul@prosecutor.gov.az ünvanına elektron formatda göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər:
- şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;
- ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomun (xarici dövlətdə təhsil almış namizədlər həmçinin diplomun Azərbaycan Respublikası ərazisində tanınması barədə şəhadətnamənin) və diploma əlavənin notariat qaydasında təsdiq olunmuş surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; yüklə
- tərcümeyi-hal; yüklə
- 4x6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil.
Tərcümeyi-halda əks olunacaq məlumatlar barədə (nümunə): yüklə
QEYD: Kadrlar uçotunun şəxsi vərəqəsi və tərcümeyi-hal blankları A3 ölçüdə çap olunmalı və içərisindəki bütün qrafaları aydın, səliqəli, göy rəngli diyircəkli qələmlə şəxsən namizədin özü tərəfindən əlyazma üsulu ilə yazılıb doldurulmalıdır.
Sənədlərin qəbulu barədə elektron poçt ünvanı vasitəsilə müraciət edən şəxslərə məlumat veriləcəkdir.
Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaqdır.
Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, o cümlədən Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) məlumat veriləcəkdir.
Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar