Bakı şəhərində çox ciddi sıxlıq var. Hesab edirəm ki, xüsusi dövlət proqramı qəbul olunmalıdır. Ən əzı 5 il ərzində Bakıda metro stansiyalarının sayını 100-ə çatdırmaq lazımdır.
Manevr.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, bunun üçün həm Dövlət Neft Fondundan vəsait ayırmaq, həm də xarici şirkətləri və investorları bu işə cəlb etmək olar.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “ölkə.az”a açıqlamasında 5 ilə bu qədər metro stansiyasının tikintisinin mümkün olmadığını deyib:
“Yer, relyef, layihə, texniki məsələlər də nəzərə alınır. Ümumən bir stansiya 3 il ərzində tikilə bilər. Eyni vaxtda müxtəlif istiqamətlərdə, xətlərdə, sahələrdə stansiya inşası aparıla bilər”.
B. Məmmədovun sözlərinə görə, “Bakı Metropoliteni”nin konseptual inkişaf sxemi 2011-ci ildə təsdiq olunub. Həmin sxemə əsasən metropoliten xətlərinin uzunluğu 119,1 km, ümumən 5 xətt və 76 stansiyadan ibarət olmalıdır: “Hazırda 27 stansiya və 3 xətt fəaliyyət göstərir. Müstəqillik dövründə bənövşəyi xətt inşa olunub və 5 stansiyadan ibarətdir”.
“Bundan əlavə, Bakı şəhərinin Baş planında nəqliyyatın inkişaf istiqamətləri ilə bağlı metropolitenə də xüsusi diqqət ayrılır və metropolitenin bütün sistem strukturları nəzərə alınmaqla inkişaf etdirilməsi məqsədəuyğun hesab olunur. Konseptual inkişaf sxemində də ən vacib prioritet vəzifə xətlərin ayrılması layihəsidir. İkinci prioritet vəzifə gələcəkdə böyüyən Bakı şəhəri üçün yaşıl xəttin dairəvi xəttə çevrilməsi məsələsidir. Bənövşəyi xəttin isə 7-ci yeraltı stansiyaya qədər inşa olunması nəzərdə tutulur”, - deyə qurum nümayəndəsi əlavə edib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar