Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gömrük Komitəsindən xaricdən gətirilən telefonlarla bağlı vacib AÇIQLAMA

Tarix: 11-04-2023 11:50     Baxış: 4331 A- / A+
Fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük orqanlarına yazılı (elektron) formada bəyan edilməlidir.

Manevr.az
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, aparılan təkmilləşdirilmələr çərçivəsində cari ilin fevral ayının 15-dən etibarən gömrük orqanlarına bəyan edilən mobil telefon və digər simsiz rabitə avadanlıqları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin vahid elektron xidmətlər portalında qeydiyyata alınır.

Fiziki şəxslərin ölkə ərazisində əldə edəcəkləri mobil telefon və digər simsiz rabitə avadanlıqlarının qeydiyyata alınması barədə məlumatı IMEI kodu vasitəsilə müvafiq portal (portal.rinn.az) üzərindən yoxlamaları tövsiyə olunur.
Eyni zamanda Dövlət Gömrük Komitəsinin 195/6 Çağrı Mərkəzindən də məlumat almaq olar.

Nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinə əsasən gömrük orqanlarına bəyan edilməyən mobil telefon və digər simsiz rabitə avadanlıqlarının ölkə ərazisinə gətirilməsi məsuliyyət yarada bilər.

"Dövlət Gömrük Komitəsi bir daha diqqətə çatdırır ki, xaricdən gətirilən mobil telefonlar və digər simsiz rabitə avadanlıqları sərhədkeçmə anında mütləq şəkildə gömrük orqanlarına bəyan edilməlidir. Bəyannamə yazılı, yaxud elektron qaydada köşklər, e.customs.gov.az portalı və "Smart Customs” mobil tətbiqi vasitəsilə təqdim edilə bilər”, - deyə məlumatda bildirilir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar