Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda din xadimləri ilə görüş

Tarix: 10-04-2023 19:51     Baxış: 4295 A- / A+

Bu gün Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov Sumqayıtda din xadimləri ilə görüşüb.
Görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyəti İctimai və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov, Sumqayıt Cümə məscidinin imamı Rauf Sərdarov və digər din xadimləri iştirak ediblər. Aİİ rektoru Aqil Şirinov təmsil etdiyi İnstitut haqqında geniş məlumat verib, müəssisədə təhsilin tamamilə ödənişsiz olduğunu vurğulayıb. Rektor daha sonra bildirib ki, Azərbaycanda yüksəksəviyyəli ali dini təhsil ocağının olması  xaricə gedib dini təhsil almaq ehtiyacını aradan qaldırır. “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə tələbə qəbulu həyata keçirən ali təhsil müəssisəsində tələbələrə bütün dərsliklərin pulsuz paylandığını, eyni zamanda, onlara yeməkpulu və adlı təqaüdlərin də verildiyini diqqətə çatdırıb. Rektor qeyd edib ki, hər bir ölkənin özünəməxsus dini mühiti mövcuddur və bu xüsusiyyətlər mütləq nəzərə alınmalıdır: “Məsələn, digər ölkədə verilən din təhsilində istər-istəməz onların öz ənənələrinin spesifik xüsusiyyətləri nəzərə alınır və dini təhsil ona uyğun şəkildə tədris olunur. Bizdə də təhsildə Azərbaycan reallığı, ölkəmizin tarixi dini ənənəsi əsas götürülür. Beləcə, İnstitutumuzdan məzun olacaq tələbələr dini insanlara olduğu kimi, radikallıqdan, xurafatdan uzaq, elmi şəkildə çatdıra bilən kadrlar olacaqlar. Bütün bunların fonunda dəyərlərimizi özündə əks etdirən dini təhsilin aparılması üçün ixtisaslaşmış kadrların hazırlanması Azərbaycan İlahiyyat İnstitutunun qarşısında duran ən mühüm vəzifələrdən biridir”. Görüş müzakirələrlə davam edib.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar