Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan kəşfiyyatı İrəvanda... – Erməniləri qorxuya salan “Qarabağ” adı - ŞƏKİL

Tarix: 07-04-2023 09:41     Baxış: 4593 A- / A+
İrəvanda erməniləri “Azərbaycan kəşfiyyatı buradadır” qorxusu bürüyüb.

Manevr.az
publika.az-a istinadən xəbər verir ki, buna səbəb “Meqamall” ticarət mərkəzində baş verənlərdir.

Ermənistan mediasının məlumatına görə, ticarət mərkəzində restoranların birinin Wi-Fi adı “Qarabağ Azərbaycandır – FenixBaku” olaraq dəyişdirilib. Bunun kimlər tərəfindən edildiyi bilinmir. Lakin ərazidə internetdən istifadə edən insanlar narahat olub və müdaxilənin haradan gəldiyini öyrənmək üçün təhlükəsizlik orqanlarına müraciət ediblər.

Əsas diqqətçəkən məqam odur ki, həmin ərazidə mövcud olan digər Wi-Fi adlarına toxunulmayıb, yalnız birinin adı dəyişdirilib. Wi-Fi adı “Qarabağ Azərbaycandır – FenixBaku” olaraq dəyişdirilən “Balina” restoranı 44 günlük müharibə zamanı Hadrutdan Ermənistana qayıdan ailəyə məxsusdur. Bu məqam erməniləri xüsusilə narahat edib və “Azərbaycan kəşfiyyatı buradadır” müzakirələrinə səbəb olub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar