Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya ölüm hökmünü bərpa edir? - Kreml AÇIQLADI

Tarix: 06-04-2023 20:20     Baxış: 4205 A- / A+



Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Rusiyada ölüm hökmünün qaytarılması məsələsini müzakirə etmir.
 Rusiya mətbuatı bildirir ki, bundan əvvəl "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri Sergey Mironov ölüm hökmlərinin verilməsi və icrasının qaytarılması təşəbbüsü ilə çıxış edib.
"Kreml bunu ümumiyyətlə müzakirə etmir. Bu sual illər ərzində dəfələrlə qaldırılıb. Amma heç bir qərar verilməyib", - deyə Peskov press-konfrans zamanı bildirib.Bu gün, aprelin 6-da məlum olub ki, Sergey Mironov Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkinə ölüm cəzasına qoyulan moratoriumun ləğvi məsələsinə baxılması təklifi ilə məktub göndərib. Ədliyyə orqanı rəhbərinin bu təklifə reaksiyası hələ ki, bəlli deyil.
"Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də ölüm hökmünün Rusiyaya qaytarılmasını təklif edib. Onun fikrincə, "Trepova kimilər üçün" ölüm hökmünü qaytarmaq lazımdır. Söhbət Sankt-Peterburqda kafedə baş verən və hərbi müxbir Vladlen Tatarskinin öldüyü terror aktında ittiham olunan Darya Trepovadan gedir.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar