Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevin adı hallanan 2 milyon 330 min manatlıq mənimsəmə - Məhkəmə işi

Tarix: 06-04-2023 19:58     Baxış: 4175 A- / A+


 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı hallanan məhkəmə prosesi davam edir. Məhkəmə qarşısına Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları, tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva çıxarılıblar.
 Manevr.az xəbər verir ki, aprelin 6-da baş tutan prosesdə institutun direktoru Abbas Seyidovun ərizə göndərdiyi məlum olub.
Abbas Seyidovun ərizəsini hakim elan edib. Məlum olub ki, Abbas Seyidov cinayət işi üzrə şahid qismində tanınan institutun hüquq şöbəsinin müdiri Fəxrəddin Gözəlovun şahid qismində tanınmasına xitam verilməsini, onun zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmasını istəyib.
Hakim bildirib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən zərərçəkmiş şəxsin nümayəndəsi Şahin Əsgərov tanınıb. Əlavə edib ki, ərizədə Şahin Əsgərovun nümayəndəliyinə xitam verilməsi üçün heç bir əsas yoxdur.
Prokuror məsələni məhkəmənin mülahizəsinə verdiyini deyib. Təqsirləndirilən şəxslərin vəkilləri isə nümayəndənin dəyişdirilməsinə etiraz ediblər. Vəkil Abusəməd Səmədov bildirib ki, Fəxrəddin Gözəlov istintaq orqanı tərəfindən şahid qismində tanınıb, hazırda da onun adı şahidlər siyahısına salınıb və dindirilməsi üçün məhkəməyə təqdim olunub. Onun sözlərinə görə, Fəxrəddin Gözəlovun şahid qismində tanınmasına xitam verilməsi üçün əsas yoxdur, qanunda buna yol vermir.
Təqsirləndirilən şəxslər də Fəxrəddin Gözəlovun şahid qismində tanınmasına xitam verilməsinə etiraz ediblər. Bildiriblər ki, həmin şəxs istintaqda dindirilmiş əsas şahidlərdən biridir.
Abusəməd Səmədov deyib ki, məhkəmədə şahidin statusuna xitam verilməsi, nümayəndə kimi tanınması halı heç vaxt təcrübədə olmayıb. Vəkil belə bir halın baş verəcəyini biabırçılıq kimi qiymətləndirib.
Hakimlər məsələ ilə bağlı qərar qəbul etməyiblər. Hakim Azad Məcidov bildirib ki, məhkəmə şahid Fəxrəddin Gözəlovu dinləyəndən sonra bu məsələ ilə bağlı qərar qəbul edəcək: “Biz hazırda həmin şahidin nə ifadə verəcəyini bilmirik. Ona məhkəmədə şahid qismində dindirək. Ondan sonra nümayəndə kimi tanınması məsələsinə baxılacaq”.
Daha sonra Gülüstan İsayeva vəkilinin suallarını cavablandırıb. O bildirib ki, vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən sui-istifadə etməyib. Onun sözlərinə görə, kadrlar şöbəsində işləsə də, onun bir çox məsələlərlə əlaqəsi olmayıb. Gülüstan İsayeva qeyd edib ki, işçilərin işə götürülməsindən, ekspedisiya gedən şəxslərdən xəbəri olmayıb.
Gülüstan İsayevanın sözlərinə görə, ekspedisiya üzvlərinin təyin olunması onun səlahiyyətlərinə aid olmayıb. Bildirib ki, ekspedisiya üzvlərini institutunun direktoru müəyyən edib.
Gülüstan İsayeva bildirib ki, ezamiyyət, məzuniyyət və digər məsəllərlə bağlı maliyyə məsələləri onun səlahiyyətləri səviyyəsində olmayıb. Qeyd edib ki, bu məsələlərlə baş mühasib Zülhiyyə Cəfərova, mühasib Salman Muradov məşğul olublar.
Hakimin iş materiallarında olan institutun direktoru Abbas Seyidovun da Baş Prokurorluğa ünvanlandığı məktubunu elan edib. Həmin məktubda institut direktoru Gülüstan İsayevanı rüşvət almaqda ittiham edib. Həmin məktubda ayrı-ayrı şəxslərin bununla bağlı izahatları elan edilib.
Gülüstan İsayeva isə bunun şər-böhtan olduğunu deyib. Hakim isə təqsirləndirilən şəxsdən soruşub ki, izahatınızda Abbas Seyidovun ekspedisiya üzvlərinin adlarını siyahıya salmaqla milyonlarla pul mənimsəməsi barədə ilk dəfə Baş Prokurorluğa nə vaxt şikayət edibsiz?
Gülüstan İsayeva deyib ki, bununla bağlı ilk dəfə 2022-ci ildə işdən çıxandan sonra prokurorluğa şikayət edib: “Abbas Seyidov dövlətin pulunu qədrini bilən şəxs olubsa, o zaman institutda yoxlama aparardı, 100 minlərlə vəsaitin mənimsənilməsinə yol verməyəydi. İndi məndən nə istəyirlər? Biz həmişə dövlətə bağlı olan sədaqətli insanlar olmuşuq. Mənim bir uşağım var. Mənim heç bir günahım yoxdur. Atam da polis polkovniki olub, dövlətə xidmətləri olub. Hazırda zaldadır, prosesi izləyir. Biz günahsızıq. Günahı olanlar isə kənarda qalıb”.
Ötən prosesdə Gülüstan İsayeva demişdi ki, 2021-ci ildə baş verən qanunsuzluqlarla bağlı akademiyanın prezidenti Ramiz Mehdiyevə şikayət ünvanlayıb: “Bizim şikayətimizə müsbət yanaşıldı. Akademiyanın o vaxtkı aparat rəhbəri dedi ki, məsələ ciddi araşdırılacaq, əgər cinayət faktı müəyyən olunsa, o zaman hüquq-mühafizə orqanlarına məlumat veriləcək. Bundan sonra yoxlama aparıldı, milyonlarla yeyinti faktları aşkarlandı. Bununla bağlı arayış tərtib edildi, bu faktlar da həmin arayışda öz əksini tapdı. Amma hüquq-mühafizə orqanlarına məlumat verilmədi. Nəticədə qanunsuz olaraq məni işdən çıxardılar. Bundan sonra Maisə Rəhimova mənimlə prinsip aparmağa başladı. Öz adamlarını mənim əleyhimə ifadə verməyi təşkil etdi”.
Qeyd etmişdi ki, Arxeologiya və Etnoqrafiya İnstitutunda aparılan yoxlama zamanı 2 milyon 330 min manat mənimsəmə faktı müəyyən edilib.
Daha sonra Səbuhi Hüseynovun vəkili vəsatətlə çıxış edib O institutdan tabel dəftərlərinin alınmasını, məhkəmədə tədqiq olunmasını istəyib.
Prokuror vəsatətə münasibət bildirmək üçün vaxt istəyib.
Növbəti proses aprelin 12-də davam edəcək.
İttihama görə, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min 700 manatını mənimsəməkdə təqsirləndirilir.
Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Cinayət Məcəlləsinin 179.3.2- ci maddəsi ilə 5 ilə, 308.2-ci maddəsi ilə 7 ilə, 313-cü maddəsi ilə isə 2 ilə qədər cəza nəzərdə tutulub.
Cinayət işi üzrə zərərçəkmiş qismində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropoligiya İnstitutu tanınıb.musavat.com

 Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar