Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda gömrük generalına qarşı ŞOK DƏLƏDUZLUQ

Tarix: 06-04-2023 13:45     Baxış: 4224 A- / A+


Vəzir Həsənov
Vəzir Həsənov

Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general Vəzir Həsənov və bacanağı İnqilab Əliyevə qarşı dələduzluq edilib.
Manevr.az-ın xəbərə görə, külli miqdar təşkil edən dələduzluğa görə Vladimir Müslümov ittiham olunur.
İttihama görə, Vladimir Müslümov özünü tikinti fəaliyyəti ilə məşğul olan iş adamı kimi təqdim edərək zərərçəkmiş şəxslərə ucuz qiymətə ev satacağı vədi verib. Razılaşmaya əsasən Vəzir Həsənov 4 otaqlı ev almaq üçün 391 min 754 manat verib. Vladimir Müslümov isə pulu aldıqdan sonra vədinə əməl etməyib.
General və bacanağının şikayəti əsasında Vladimir Müslümov həbs olunub. 
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılır.
Baxış iclasında zərərçəkmiş general Vəzir Həsənov ifadə verib.
General deyib ki, təqsirləndirilən şəxsi Şahin adlı tanışı vasitəsilə tanıyıb, əvvəllər ədavəti olmayıb: “Vladimirlə evimin həyətində görüşdüm. Dedi Səbail rayonunda bina tikir, sərfəli qiymətlə mənə mənzil sata bilər. 4 otaqlı ev almaq üçün 391 min 754 manat verdim. Pulu götürüb getdi, ancaq vədinə əməl etmədi.”
İttiham aktına görə, Vladimir Müslümov generalın bacanağı İnqilab Əliyevə qarşı da dələduzluq edib. 
Zərərçəkmiş şəxslər onlara dəymiş ziyanın ödənilməsini tələb edirlər. 
Qeyd edək ki, Vəzir Həsənov 2022-ci ildən Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisidir. 
O, əvvəllər Tovuz Gömrük İdarəsinin və Sumqayıt Gömrük İdarəsinin rəisi olub. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar