Xəbər lenti
Bakının bu ərazilərində torpağın sotu 2 milyon manatdır
Son dövrlər torpaq bazarında qiymət artımı baş verir”.
Manevr.az xəbər verir ki, bunu "Trend”ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, qiymət artımı mövsümü amillər, eyni zamanda Türkiyədə baş verən zəlzələ nəticəsində meydana çıxan psixoloji faktorlarla bağlıdır.
"Bundan başqa bazarda sənədli torpaqların azalması ilə bağlı olaraq da bahalaşmanın davamlı artımını izləyirik. Bahalaşma aylar üzrə az müşahidə olunsa da, əslində illik qiymət dəyişməsində ciddi rəqəmlərlə ifadə olunur. Bu hal ötən ay da müşahidə olunub. Xüsusilə şəhər mərkəzində boş torpaqların məhdud olması qiymətləri yüksəldir. Torpaq bazarında aylıq qiymət artımı 2,5%-dir. Fərqli yerlərdə isə artım 5%-i ötüb. İllik hesabladıqda bahalaşma 20%-dən çox edir”, - deyə ekspert əlavə edib.
R.Osmanlının sözlərinə görə, paytaxtın bəzi mərkəzi hissələri var ki, orada torpağın bir kvadratmetri 25-30 min manat arasında dəyişir.
"Bu da təqribən bir sot torpağın 2 milyon manatdan baha olması deməkdir. Adətən belə ərazilər açıq satışa çıxarılmır. Lakin açıq satışa çıxarılan bahalı torpaqlar da var. Həmin ərazilərin bir sotu şəhər mərkəzində 250-300 min manat arası dəyişir”, - deyə ekspert qeyd edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar