Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan yeni təyyarələr alır - Bu ay müqavilələr imzalanacaq

Tarix: 05-04-2023 12:57     Baxış: 4153 A- / A+

Azərbaycanda sərnişin daşımaları xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə yeni hava gəmilərinin alınması ilə bağlı bu ay ərzində müqavilələrin imzalanması planlaşdırılır.


Manevr.az
bildirir ki, bunu "report”a müsahibəsində Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

"Hazırda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarə parkında 8 növ təyyarə mövcuddur. Bu da istər təyyarələrin saxlanılması, istərsə də təyyarələrə xidmət göstərən heyətin hazırlanması baxımından xərclərin çox olmasına gətirib çıxarır. AZAL-ın 2023-2030-cu illəri əhatə edən uzunmüddətli Strateji İnkişaf Planında xərclərin azaldılması üçün təyyarələrin 2 növdən – dar gövdəli hava gəmiləri üzrə "Airbus A320 Neo” sinfi, geniş gövdəli hava gəmilərinin isə "Boeing 787 Dreamliner” tipli hava gəmilərindən ibarət olması nəzərdə tutulur", - R.Hümmətov bildirib.

Onun sözlərinə görə, hazırda hava yolu ilə sərnişindaşıma sahəsində strateji addımların atılması nəzərdən keçirilir:
"2030-cu ilə qədər hava yolu ilə sərnişindaşımanın genişləndirilməsi, müəssisənin mənfəətinin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Burada əsas məsələlərdən biri yeni hava gəmilərindən ibarət donanmanın formalaşdırılmasıdır".

Nazir müavini qeyd edib ki, strategiyada həmçinin 2030-cu ilədək həyata keçirilən beynəlxalq uçuşların sayının artırılması ilə bağlı müddəalar da göstərilib və artıq bu istiqamətdə işlərin yerinə yetirilməsinə başlanılıb:

"Eyni zamanda xidmət şəbəkəsinin genişləndirilməsi, uçuşların intensivliyində tələb-təklif prinsipinə əməl edilməsi, bu sahədə qabaqcıl texnologiyaların və rəqəmsal həllərin tətbiqi ilə bağlı da zəruri işlər görülməkdədir.

Adıçəkilən strategiyanın əsas məqsədi AZAL-ı müasir tələblərə tam cavab verən və rəqabətədavamlı qabaqcıl şirkətə çevirməkdir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar