Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişir

Tarix: 05-04-2023 11:16     Baxış: 4227 A- / A+
Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişir.
Manevr.az-ın xəbərinə görə, bu, Milli Məclisin aprelin 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yeri üzrə qeydə alınır.
Layihəyə əsasən, ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınacaq.
Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar