Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Ərdoğandan “bu “Togg” mənimdir” deyən xanımına maraqlı cavab - VİDEO

Tarix: 05-04-2023 10:28     Baxış: 3229 A- / A+

Ərdoğandan “bu “Togg” mənimdir” deyən xanımına maraqlı cavab - VİDEO



Xəbər verdiyimiz kimi, aprelin 2-si Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğana məxsus “Togg” avtomobilini yenidən sınaqdan keçirib.
 
Ərdoğan ölkənin ilk yerli elektromobilini həyat yoldaşı ilə birgə prezident iqamətgahının ətrafında idarə edib.
 
“Togg”un İdarə Heyətinin rəhbəri Gürcan Karakaş Ərdoğana avtomobilin xüsusiyyətləri və istehsal ediləcək digər modellər barədə məlumat verib.
 
Bu zaman Rəcəb Tayyib Ərdoğanla xanımı arasında yaşanan dialoq maraqla qarşılanıb. Belə ki, birinci xanımın “Avtomobil mənimdir” deməsinin ardınca Ərdoğan “Hazırda kapitan mənəm. Maşının sənin olması önəmli deyil, önəmli olan sükan arxasında kimin olmasıdır” deyə cavab verib. Ərdoğanın cavabı təbəssümlə qarşılanıb.
 
Xatırladaq ki, aprelin 4-ü “Togg” avtomobili Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Türkiyənin yerli və milli avtomobili “Togg”u ilk alan şəxs ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub. İkinci sifarişçi isə Azərbaycan Prezidenti İlham Əliyevdir.
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar