Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Yeniyetmə ruhi xəstə deyil" deyən baş həkim işdən çıxarıldı

Tarix: 05-04-2023 10:10     Baxış: 3254 A- / A+


   
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub.
Manevr.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb.
A.Rəsulov Əmək Məcəlləsinə əsasən yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunub.
Ağahəsən Rəsulov 2008-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi olub.
Qeyd edək ki, Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyevin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsindən sonra bu xəstəxananın adı daha tez-tez hallandırılır.
Onu da bildirək ki, A.Rəsulov bir gün əvvəl sitat.info-ya yeniyetmənin durumu ilə bağlı açıqlama verib:
“O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar